Camal Kamal Yazıçılar Birliyində
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələri Azərbaycanda yaradıcılıq səfərindədilər. Səfər çərçivəsində qonaqlar mayın 31 – də Azərbaycan Yazıçılar Birliyində Özbəkistanın Xalq Şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirildi.
31 May 2017 15:54 SosialÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələri Azərbaycanda yaradıcılıq səfərindədilər. Səfər çərçivəsində qonaqlar mayın 31 - də Azərbaycan Yazıçılar Birliyində Özbəkistanın Xalq Şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirildi.
Tədbiri giriş sözü ilə açan Xalq yazıçısı Anar özbəkistanlı qonaqları salamdı. Camal Kamalın Azərbaycan - Özbəkistan əlaqələrinin yaranmasında, möhkəmlənməsində xüsusi əməyi olduğunu vurğuladı. Tədbir iştirakçılarına Camal Kamal haqqında məlumat verən Anar bildirdi ki, Camal Kamal uzun müddət Özbəkistanda Yazıçılar Birliyinin rəhbəri vəzifəsində çalışıb."Uzun zaman həyatında, yaradıcılığında çətin günlər yaşamasına baxmayaraq, Camal Kamal ədəbiyyata öz imzasını, adını yaddaşlara yazdırmağı bacardı".
Tədbirdə çıxış edən Firuz Mustafa qonaqları salamlayaraq, Özbəkistan Xalq şairi Camal Kamalın yaradıcılığı - şeirləri, tərcümələri haqqında iştirakçıları məlumatlandırdı. "Bütün şairlər qohumdu. Mən də Camal Kamalla qohumam. Onunla yenidən görüşməyimə çox şadam" - deyə Xalq şairi Fikrət Qoca bildirdi.
Özbəkistan nümayəndəsi kimi çıxış edən yazıçı Elçin müəllim Camal Kamalın 60 - cılar ədəbi cərəyanına aid olduğunu, İbn Sinanı, Mahmud Şəmistanı, Nizami Gəncəvini, Şekspiri, Puşkini orjinaldan tərcümə edən Camal Kamal yaradıcılığına həm Özbəkistanda, həm də Azərbaycanda böyük maraq olduğunu bildirdi. Özbəkistan Milli Elmlər Akademiyasının dəstəyi ilə Camal Kamalın II cildlik akademik ədəbiyyat nəzəriyyəsinin bir çox yazarlar üçün vacib olduğunu vurğuladı.
Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimi, filoloq Gülbahor Aşurova bildirib ki, Camal Kamalın yubiley mərasiminə əliboş gəlmədiyini bildirirdi, qeyd etdi ki, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə etdiyi və Daşkənddə yenicə çapdan çıxmış "Leyli və Məcnun" əsəri Azərbaycan oxucularına təqdim ediləcək.
Tədbir iştirakçılarına təşəkkürünü bildirən Camal Kamal öz çıxışında Özbəkistan - Azərbaycan ədəbi əlaqələrinin tarixindən ətraflı məlumat verdi.
Camal Kamalın yaradıcılığında Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Camal Kamal Azərbaycan şairləri Bəxtiyar Vahabzadənin Məhəmməd Füzuli barədə yazdığı "Şəbi-Hicran" və Xəlil Rza Ulutürkün Nəsimiyə ithaf etdiyi "Fəryad" poeması və bir sıra şeirləri özbək dilinə tərcümə edib. Onu Azərbaycan şair və ədəbiyyatşünasları ilə dostluq əlaqələri bağlayır. Onun Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ilə sıx dostluq əlaqələri olub.
Camal Kamal 40-dan çox əsəri rus, fars, ingilis dillərindən özbək dilinə tərcümə edib. Onların əksəriyyəti dünya klassikasının şedevrləri hesab olunur - Şekspirin on iki dramı, Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan poemalar.
Qeyd edək ki, özbəkistanlı qonaqlar Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin ədəbiyyatşünas-alimləri görüşləri planlaşdırılır.
Nigar Adil