Ötən ilin dövlət bürcəsi kəsrlə icra olunub
Mayın 31-də keçirilən Milli Məclisin yaz sessiyasının son iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, neftin ucuzlaşmasına və xarici risklərə baxmayaraq dövlət büdcəsi üzrə vəzifə və öhdəliklər tam yerinə yetirilib. Onun sözlərinə görə, neftdən daxilolmaların azalmasına baxmayaraq dövlət büdcəsində müdafiə olunan xərclər üzrə artım müşahidə edilib: "2016-cı ilin dövlət büdcəsi üzrə müdafiə olunan ümumi xərclərin 35,5%-ni təşkil edib". Ötən il əsaslı xərclərin xüsusi çəkisinin artdığını deyən Z.Səmədzadə bildirib ki, bu, müvəqqəti xarakter daşıyır.
31 May 2017 15:20 SosialKomitə sədri: "Azərbaycanın xarici borcla bağlı heç bir dövlət qarşısında problemi yoxdur"
Mayın 31-də keçirilən Milli Məclisin yaz sessiyasının son iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, neftin ucuzlaşmasına və xarici risklərə baxmayaraq dövlət büdcəsi üzrə vəzifə və öhdəliklər tam yerinə yetirilib. Onun sözlərinə görə, neftdən daxilolmaların azalmasına baxmayaraq dövlət büdcəsində müdafiə olunan xərclər üzrə artım müşahidə edilib: "2016-cı ilin dövlət büdcəsi üzrə müdafiə olunan ümumi xərclərin 35,5%-ni təşkil edib". Ötən il əsaslı xərclərin xüsusi çəkisinin artdığını deyən Z.Səmədzadə bildirib ki, bu, müvəqqəti xarakter daşıyır. Z.Səmədzadə qeyd edib ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan proqnozları tam yerinə yetirib: "Məsələn, azadolmalar idxalın 50-55%-ni təşkil etməsinə baxmayaraq Dövlət Gömrük Komitəsi nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib". Komitə sədri qeyd edib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 20,4%-ni təşkil edir: "Azərbaycanın xarici borcunun qaytarılmasına görə heç bir dövlət qarşısında problemi yoxdur. Azərbaycan ödəniş vaxtı çatmış kreditlərin qaytarılmasını nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirib. Bu isə qarşılıqlı münasibətlərin qorunması üçün mühüm əhəmiyyət daşıyır".
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata rəhbərlik etdiyi qurumun rəyini açıqlayıb. Palata sədri deyib ki, ötən il 117 dövlət qurumundan hesabatlar alınmış və 10,5 mlrd. manatlıq vəsaitin icra vəziyyəti təhlil edilib: "2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir. Hesabat ilində büdcə-vergi siyasəti çərçivəsində müəyyən edilmiş hədəflər əsasən yerinə yetirilsə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarda proqnoza qarşı 11,7% və ya ən aşağı icra səviyyəsi müşahidə olunub, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması ilə bağlı hədəf tam yerinə yetirilməyib. Belə ki, bu istiqamət üzrə daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub". Palata sədri bir sıra tədiyyə növləri üzrə icra səviyyəsinin müvafiq makrogöstəricilərlə uzlaşmadığını, tədiyyə növləri üzrə icra göstəricilərinin fərqlənməsinə əsasən proqnozların əsaslılıq səviyyəsi, inzibatçılıq və hesabatlılıq amillərinin təsir göstərdiyini də qeyd edib. O, 2016-cı ildə Azərbaycanda mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi və mənfəət vergisi üzrə icra səviyyəsinin 90% təşkil etməsinin dövlət büdcəsinin bu mənbədən gəlirlərini formalaşdıran əsas makroiqtisadi göstəricilərin müsbət meyllərinin müşahidə olunduğu, o cümlədən ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə 14,3% artması şəraitində baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, hesabat ilində də dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdən biri də artıqödəmə və borc məbləğləri olub. 2016-cı ilin sonuna Vergilər Nazirliyinin xətti ilə vergi və digər icbari ödənişlər üzrə dövlət büdcəsinə yaranan artıqödəmə məbləği 2015-ci illə müqayisədə 18,2% artıb, ümumi artıqödəmə məbləğinin dövlət büdcəsinə təmin edilən gəlirlərə qarşı xüsusi çəkisi də 2015-ci ilə nisbətən 5,8 faiz bəndi artıb. Dövlət büdcəsinə olan borcların həcmi isə 2016-cı il ərzində bütün əsas parametrlər üzrə azalaraq ilin sonuna ümumilikdə 1,4 milyard manat təşkil edib və azalmanın 55,6%-i verginin əsas məbləği, 39,7%-i faiz borcları və 4,7%-i isə maliyyə sanksiyaları ilə bağlı olub". Qurum rəhbəri hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı əsas meylləri diqqətə çatdıraraq 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 17751,3 mln. manat təşkil etməklə 96% icra edildiyini bildirib. O, proqnozlaşdırılmış məbləğlə müqayisədə icra edilməmiş büdcə xərclərinin 743,7 mln. manat təşkil etdiyi, həmin məbləğin 42,7%-nin əsaslı xərclərin üstünlük təşkil etdiyi "Sənaye, tikinti və faydalı qazıntılar" bölməsinin, 14,2%-nin isə "Ümumi dövlət xidmətləri" bölməsinin payına düşdüyü millət vəkillərinin diqqətinə çatdırıb. İqtisadi təsnifata gəldikdə isə, hesabat ilində icra edilməmiş büdcə xərclərin 43,4%-nin qeyri-maliyyə aktivlərinin alınması, 18,2%-i "Digər xərclər" bölməsi, 16%-i isə malların və işlərin alınması ilə bağlı olduğu vurğulanıb.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, hazırda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Həmçinin 2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb. Nazir qeyd edib ki, dövlət müəssisələrinin dividendləri ilə bağlı proqnoz göstəriciəri dəyişə bilər: "İcra olunmayan dividendlər maliyyə sektorunda fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üбün ağır il olub. Buna görə də dividendlərin ödənilməsində problemlər var. Bundan əlavə, cari ilin büdcəsində özəlləşmə ilə bağlı proqramlar var. Səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərar verilib. Bu sahədə böyük işçi qüvvəsi fəaliyyət göstərir. Ona görə də bu sektora həssas yanaşmalıyıq". Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Alim