Millət vəkili: “15 iyunu xalqımız üçün müqəddəs bir gün hesab edirəm” 

“15-iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki, 15 iyunda müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyin bünövrəsi qoyulan gündür”. Bunu  millət vəkili Azər Badamov deyib.

"15-iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki, 15 iyunda müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyin bünövrəsi qoyulan gündür". Bunu  millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqil ölkə kimi yox olmaq təhlükəsini aradan qaldırəılan gündür: "Ona görə də 15 iyunu Azərbaycanın müstəqillik tarixi ilə eyniləşdirmək istərdim. Məhz 15 iyundan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı sərbəst müstəqil nəfəs almağa başladı. 1991-ci ildən başlayaraq rəhbərliyiə gəlmiş ölkəni dağıtmaqda olan cəbhəçilərin, surətçilərin, ölkəni dağıtmaq haqqında fikirlərini reallaşdırmağa çalışan xarici qüvvələrin, ölkəni işğal etməkdə olan ermənilərin və  Azərbaycan dövlət müstəqilliyinə xələl gətirən bütün ünsürlərin qabağını məhz Heydər Əliyevin idarəetmə təcrübəsi, qətiyyəti və iradəsi son qoydurdu. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət idarəetmə sistemi quruldu, iqtisadiyyatın təşkilinin əsasları müəyyənləşdirdi, nizami ordu yaradıldı, ölkəmizə dünyada müstəqil ölkə kimi hörmət etməyə başlandı.

Azərbaycan bu gün də Heydər Əliyevin əsası qoyduğu və xalqın mənafəyinə xidmət edən ideyalarla idarə olunur və cənab prezdent İlham Əliyevin rəhbərliyi altında güclü hərbi və iqtisadi gücə malik dünyanın hörmətlə yanaşdığı sabit məkana çevrilib. Ona görə də 15 iyunu xalqımız üçün müqəddəs bir gün hesab edirəm". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31