Habil Əliyev Muğam Mərkəzində anıldı
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi,məşhur kamança ustası,xalq artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx numayiş olundu. Mərkəzdən “Olaylar” – a bildirilib ki, ilk olaraq səhnəyə gecənin aparıcısı Azərbaycanın Əməkdar İncəsənət xadimi,sənətşunaslıq doktoru,professor İlham Rəhimli çıxaraq sənətkarın ömür yolundan,Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb.
31 May 2017 15:45 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi,məşhur kamança ustası,xalq artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx numayiş olundu.
Mərkəzdən "Olaylar" - a bildirilib ki, ilk olaraq səhnəyə gecənin aparıcısı Azərbaycanın Əməkdar İncəsənət xadimi,sənətşunaslıq doktoru,professor İlham Rəhimli çıxaraq sənətkarın ömür yolundan,Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb.
Qeyd olunub ki, milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nəaliyyətlərinə görə Habil Əliyev bir çox mükafatlara, adlara,"Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
Tədbirdə Xalq artisti Firəngiz Əlizadə vurğulayıb ki,ötən əsrin 50-ci illərinin sonunda boyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının,muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapıb.
Xalq şairi Nəriman Həsənzadə çıxışında qeyd edib ki, Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırıb.
Tədbirə xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və incəsənət xadimləri, ailə üzvləri və habilsevərlər toplaşmışdılar.
Gecədə sənətkarın ifa etdiyi muğamlar və bəstələdiyi mahnılar tanınmış xanəndələr tərəfindən ifa olundu. Xalq calğı alətləri ansamblının müşayiətilə xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Naxçıvan MR əməkdar artisti Ehtiram Hüseynov və basqaları muğam və təsniflər ifa ediblər.