Xızının içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlərin böyük hissəsi yerinə yetirilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada həyata keçirilir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Xızı şəhəri və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi" çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun 1562 nəfər əhalisi olan Baxışlı, Tıxlı, Xələc kəndlərinə də içməli su veriləcək. Ümumilikdə layihədən 6279 nəfər faydalanacaq. Layihənin birinci mərhələsində Qars su mənbəyində məhsuldarlığı 430 kubmetr/sutka, Yeddibulaq su mənbəyində məhsuldarlığı 40 kubmetr/sutka olan sugötürücü qurğu tikilmiş, 8,4 km magistral su xətti çəkilib.

Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli suya olan tələbatının tam ödənilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması layihənin növbəti mərhələsində həyata keçirilir. Bu mərhələ çərçivəsində Dahardibi su mənbəyində məhsuldarlığı 864 kubmetr/sutka, Şəfa su mənbəyində isə 240 kubmetr/sutka olan sugötürücü qurğular, həmçinin ümumi uzunluğu 9,6 km olan magistral su kəmərləri inşa olunur. Eyni zamanda Xızı şəhərində hər birinin tutumu 1000 kubmetr olan 2 ədəd, Altıağac qəsəbəsində isə hər birinin tutumu 400 kubmetr olan 2 ədəd su anbarının inşası davam etdirilir. Hər iki yaşayış məntəqəsində ümumi uzunluğu 52 km olan su şəbəkəsinin 10 km-lik hissəsi tikilib. İlk dəfə olaraq Xızı şəhəri və Altıağac qəsəbəsində kanalizasiya şəbəkəsi də yaradılır. İndiyədək ümumi uzunluğun 32 km kanalizasiya şəbəkəsinin 17 km-lik hissəsi inşa olunub. Tullantı sularının təmizlənərək kənarlaşdırılması məqsədilə Xızı şəhərində məhsuldarlığı 1000 kubmetr/sutka, Altıağac qəsəbəsində isə məhsuldarlığı 350 kubmetr/sutka olan çirkab su təmizləyici qurğular tikiləcək. Layihənin icrasının 2018-ci ildə başa çatdırılması nəzərdə tututlur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31