Çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirilir

Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə 2017-ci ilin may ayında Xaçmaz, Şabran, Şamaxı və Ağsu rayonlarında təbliğat xarakterli mədəni-kütləvi tədbirlər keçirilib.

Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə 2017-ci ilin may ayında Xaçmaz, Şabran, Şamaxı və Ağsu rayonlarında təbliğat xarakterli mədəni-kütləvi tədbirlər keçirilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, tədbirlərdə fəal gənclərlə yanaşı Gənclər və İdman Nazirliyinin, yerli icra hakimiyyətlərinin, təhsil şöbələrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarının əməkdaşları iştirak edib. Keçirilən təbliğat xarakterli tədbirlərdə gənclərin hərbi xidmətə həvəsləndirilməsi ilə bağlı tövsiyyələr verilib, onların hərbi-fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görüləcək işlərin əsas istiqamətləri diqqətə çatdırılıb. Çağırışyaşlı gənclərin iştirakı ilə keçirilən tədbirlər gənc müğənnilərin ifasında hazırlanmış konsert proqramı ilə yekunlaşıb. İştirakçılara xüsusi hazırlanmış tövsiyyə-yaddaş kitabçaları paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31