Məktəblilər arasında “Olympic Moves” proqramı

Ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə “Olympic Moves” proqramı həyata keçirilir. “Olaylar” – a xəbər verir ki, proqram Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə dəstəyi ilə baş tutur. Proqramda məktəblilər 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda iştirak edirlər. Yarışlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunu əhatə edir.

Ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə "Olympic Moves" proqramı həyata keçirilir. "Olaylar" - a xəbər verir ki, proqram Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə dəstəyi ilə baş tutur. Proqramda məktəblilər 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda iştirak edirlər. Yarışlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunu əhatə edir.

Artıq yüngül atletika üzrə Sumqayıt şəhərində rayondaxili yarışlara yekun vurulub. Birinciliyə 23 nömrəli tam orta məktəbin şagirdləri layiq görülüb.

Proqramın final mərhələsi 4-6 iyun tarixlərində Bakı şəhərində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31