Bilik Fondu bölgə abituriyentləri üçün videokonfrans keçirdi

Bilik Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə videokonfrans keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş videokonfransda Bakı, Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvan məktəbliləri, müəllim və valideynlər iştirak ediblər.

Bilik Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə videokonfrans keçirilib. Fonddan "Olaylar" - a bildirlib ki, nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş videokonfransda Bakı, Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvan məktəbliləri, müəllim və valideynlər iştirak ediblər.

Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova iştirakçılara təhsilin önəmini xatırladaraq, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərin maarifləndirilməsinə ehtiyac duyulduğunu bildirib və abituriyentlərin imtahan öncəsi bir sıra məlumatlara yiyələnməsinin səmərəli nəticələr verəcəyini vurğulayıb.

Abituriyentlərin maarifləndirilməsi məqsədilə təşkil olunmuş videokonfransda Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Hüseynova, Təhsil Nazirliyinin Ümumi təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov imtahan qaydaları, universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığının qiymətləndirilməsindən bəhs ediblər. Tanınmış psixoloqlar Tariyel Faziloğlu və Lalə Ağayeva "Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı" mövzusunda geniş məruzə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31