Gündəm

İşğalçı ölkənin “Zayner siyasəti” nəticə verəcəkmi?

31 May 2017 14:25

ATƏT-in Daimi Şurasının sonuncu iclasında fəaliyyətdə olan sədr kimi Avstriya tərəfindən bəyan edilib ki, ATƏT-in Yerevan ofisinin mandatının uzadılması ilə əlaqədar konsensusa gəlmək mümkün olmayıb. Məhz bu bəyənat Ermənistanı ciddi narahat etməyə başlayıb və vəziyyətdən çıxış yolları araşdırılır. Artıq ermənilər ATƏT-lə münasibətləri yenidən qurmaq məqsədilə  ATƏT-in baş katibi Lamberto Zaynerini Yerevana dəvət ediblər. Maraqlıdır sözügedən dəvət reallaşsa, Ermənistanın uduşu nədən ibarət ola bilər?

Erməni həyasızlığı, yunan saxtakarlığı

31 May 2017 14:22

Adətən bir qayda olaraq terror təşkilatını terrora dəstək verən ölkə, işğalçını separatizm və təcavüzkar siyasət həyata keçirən dövlət müdafiə edər, ona dəstək nümayiş etdirər. Necə ki, zaman-zaman işğalçı Ermənistana verilən dəstəyin timsalında bunu aydın şəkildə görürük. Və bu günlərdə Kiprin yunan hissəsi də eyni yanaşma, mövqeni, işğalçıya dəstək münasibətini ortaya qoydu.

Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir

31 May 2017 14:19

“ABŞ prezidenti Donald Tramp qısa zaman ərzində azərbaycanlı həmkarı İlham Əliyevə ikinci məktubunu göndərib. Ağ Ev sahibi birinci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 may – Respublika günü münasibətilə təbrik etmişdi”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib: “Həmin məktubda bu cümlələr var idi: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır”, “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” və “Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.

Çimərlik mövsümü ilə əlaqədar 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib

31 May 2017 14:17

Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. BNA-nın ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, məqsəd, bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Azərbaycançılıq məfkurəsi təbliğ edilir

31 May 2017 14:11

“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası növbəti dəfə “Gənclər Paytaxtı” seçilmiş Balakən rayonunda təşkil edilib. GİN-dən “OLAYLAR”-a bildirilib ki, kampaniya çərçivəsində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans və mədəni-kütləvi tədbirlər keçirilib.

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

31 May 2017 14:10

Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

Putin Türkiyənin çoxdan gözlədiyi fərmanı imzaladı

31 May 2017 14:00

Putin Türkiyəni sevindirəcək sənədə qol çəkib. Prezident Vladimir Putin Türkiyəyə qarşı tətbiq edilən bəzi iqtisadi sanksiyaların ləğvini nəzərdə tutan fərman imzalayıb.

Kapitan Xudinyanın ölümü: Ermənistan Müdafiə Nazirliyi öz yalanının üstünü açdı

31 May 2017 13:58

Ermənistanda Müdafiə Nazirliyinin nəzdindəki hərbi qulluqçuların sığortalanması üzrə fondu idarə edən komissiya kapitan Qor Xudinyanın ailəsinə birdəfəlik 10 milyon dram (təqribən 20 min dollar) kompensasiyanın ödənilməsi, habelə onun ailəsinə 20 il ərzində ayda 300 min dram (təqribən 600 dollar) verilməsinə dair qərar çıxarıb.

Moldovanın müdafiə naziri istefa verdi

31 May 2017 13:56

Moldovanın müdafiə naziri vəzifəsini icra edən Georgi Qalbur istefa verib. Məlumatı Moldovanın Müdafiə Nazirliyi yayıb.  İnformasiyaya əsasən, 2016-cı ildə Anatoli Şalaru müdafiə naziri vəzifəsindən getdikdən sonra onun səlahiyyətlərini birinci müavini Georgi Qalbur icra etməyə başlayıb. Moldova prezidenti İqor Dodon hələlik G.Qalburun istefasını qəbul etməyib. Dövlət başçısı istefanı təsdiqləyənədək, o, vəzifəsini icra edəcək.

Zahid Oruc: “Minlərlə insanın əleyhinə qərarlar verilir, onlar da özlərini yandırırlar”

31 May 2017 13:54

“Şübhəsiz ki, 2016-cı ilin çətin, gərgin və mürəkkəb il olduğunu hökumət də, siyasətçilərimiz də etiraf edirlər. Burada bir qəbahət yoxdur. Beynəlxalq məkanda yaşanan bir tendensiyadır.Lakin dövlət başçısı tərəfindən verilən çevik qərarlar fonunda bu prosesdə sabitləşmənin olduğunu da xaricə vurğulayırıq”.

"Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans keçirilib

31 May 2017 13:53

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakultəsinin inzibati binasının akt zalında "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans işə başlayıb. Movqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfrans iştirakçılarını salamlayaraq ölkənin aparıcı media rəhbərlərinin  Naxçıvana səfərinin sayca ikinci olduğunu bildirib.

Dillər Universitetində dövlət imtahanı ilə bağlı təkliflər məlum olub

31 May 2017 13:36

Azərbaycan Dillər Universitetində dövlət imtahanı ilə bağlı Elmi Şuranın bu gün keçiriləcək iclasına təklif olunan layihənin detalları açıqlanıb.  Universitetin təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, bu gün keçiriləcək Elmi Şuranın iclasına 2 təklifdən ibarət layihə veriləcək: "Birinci variant odur ki, imtahan bir yazılı və 50 test sualından ibarət olsun, ikinci variant isə diplom işidir".  Bunlardan biri Elmi Şuranın iclasında təsdiqlənəcək.

"Real" "İnter"in təklifini rədd etdi

31 May 2017 13:35

"İnter" bir neçə klubun maraqlandığı Xames Rodriqezi transfer etmək üçün "Real"a təklif göndərib.  "kral klubu" italyanların təklif etdiyi 42 milyon avroya Xamesi satmaqdan imtina edib. Madrid təmsilçisi kolumbiyalı yarımmüdafiəçinin satışından ən azı 75 milyon avro qazanmağı planlaşdırır.

Hesablama Palatası: “Daxilolmaların həcmi 2015-ci illə müqayisədə 22,5% az olub”

31 May 2017 13:32

"2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib, 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta az da olsa artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir”.

Almaniya və Fransa NATO-nun növbəti sammitinin İstanbulda keçirilməsinə qarşı çıxdılar

31 May 2017 13:31

NATO-nun növbəti sammitinin İstanbulda keçirilməsi təklifi etirazla qarşılanıb. Mayın 24-25-də NATO-nun Brüsseldə təşkil olunan sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti Zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsini təklif edib.