Gündəm

Aparıcıların Ramazan ayında qazanacağı məbləğ açıqlandı

31 May 2017 13:28

Ramazan ayının başlaması ilə Türkiyə telekanallarında iftar və imsak vaxtı yayımlanan dini proqramlar yenidən efirə qayıdıb. Məşhur "hoca"ların aldıqları məvacib açıqlanıb.

NATO Ermənistanın bəyanatını təkzib etdi

31 May 2017 13:27

NATO mina təhlükəsizliyi məsələləri ilə bağlı Ermənistan əhalisinin maarifləndirilməsi ilə məşğul olacaq, amma minalardan təmizləmə bu layihənin tərkib hissəsi deyil. Bunu Alyansın mətbuat xidmətinin nümayəndəsi deyib.

ABŞ kürdləri silahlandırmaqda davam edir

31 May 2017 13:18

ABŞ "Suriya Demokratik Qüvvələri" adlandırdığı (Syrian Democratic Forces, SDF) PYD, YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi texnika tədarük etməyə başlayıb.

Uzun illər arvadının xəyanətinə dözən kişinin dəhşətli sonu - Film kimi hekayə

31 May 2017 13:15

Keçən ilin martında İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qısqanclıq zəminində qonşusu 62 yaşlı Allahverdi Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Əhmədovanı güllələyərək öldürən 66 yaşlı Məhəmməd Əhmədov həbsxanada vəfat edib.

MOK: "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan üçün zəfər bayramı oldu"

31 May 2017 13:12

Bu gün Milli Olimpiya Komitəsində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında fəal iştirak edən media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

MTN-dən pulla "adam çıxaran" AZADLIQDA

31 May 2017 13:10

Şirkət rəhbərini sabiq Milli Təhlükəsizlik Nazirliyinin əlindən xilas etməsi ilə bağlı vəd verən və buna görə də dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci  maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. N.Quliyev məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında N.Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Deputat etiraz etdi: “Ayrı-seçkilikdir”

31 May 2017 13:05

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.“Olaylar” xəbər verir ki, müzakirədə çıxış edən deputat Qüdrət Həsənquliyev qanun layihəsinin tənqid edib: “Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanılırdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir.

Komitə sədri: “Büdcə gəlirləri azalsa da, müdafiə xərcləri artır"

31 May 2017 12:58

Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunub. “Olaylar” xəbər verir ki,  iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxışı zamanı bildirib ki, Azərbaycanda büdcə gəlirləri azaldığı şəraitdə müdafiə xərcləri artır və müdafiə xərclərinin dinamikasında stabillik saxlanılıb. Komitə sədri qeyd edib ki, pul vəsaitlərinin vaxtında qaytarılmasına nail olunur: “Azərbaycanın xarici dövlət qarşısında heç bir problemi yoxdur.

Misir mətbuatında azərbaycanlı alimin məqaləsi dərc olunub

31 May 2017 12:51

Misir Ərəb Respublikasının (MƏR) siyasi və diplomatik çevrəsində tanınan nüfuzlu “Diplomatiya” qəzetində Azərbaycan diaspor rəhbəri Seymur Nəsirovun məqaləsi yer alıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Respublikasının MƏR-dəki Səfirliyinin dəstəyi ilə nəşr olunan qəzetin xüsusi buraxılışında “Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun, “Misirdə Azərbaycan dahilərinin rolu” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Misirdə çox böyük nufuza

Dini mövzuda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

31 May 2017 12:50

“İslam Həmrəyliyi İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Mən İslam dini haqqında nələri bilirəm? Mənim fikrimcə əsl müsəlman necə olmalıdır” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə kollecin direktoru Sərdar Şərifov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, kollecin müəllim və tələbə kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Sərdar Şərifov Şəki Dövlət Regional Kollecinin milli-mənəvi dəyərlərimizin qorunması və təşviqi istiqamətindəki fəaliyyəti barədə məlumat verib.

«Bakı Metropoliteni» işçilərinin səmərəli istirahətini təşkil edir

31 May 2017 12:49

İşçilərin sosial mənafeyinə xüsusi diqqət ayıran «Bakı Metropoliteni» QSC-də 28 May - Respublika Günü ilə əlaqədar tədbirlər planı həyata keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, işçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşkilatçılığı ilə mayın 27-dən 29-dək Azərbaycanın turizm məkanı kimi tanınan Nabranda yerləşən «Xəzər» ailəvi istirahət zonasına, həmçinin metropolitenin «Bilgəh» istirahət zonasına xüsusi güzəştli yollayışlar verilib.

Molla Pənah Vaqifin yubiley tədbirləri keçirilib  misir

31 May 2017 12:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, Molla Pənah Vaqifin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, konfranslar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət və rəsm müsabiqələri təşkil edilir.

Mariya Zaxarova: “Azərbaycanla münasibətlər Rusiya üçün dəyərlidir”

31 May 2017 12:44

“Rusiya üçün Azərbaycan və İranla münasibətlər dəyərlidir”.  Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. "Kənardan olan istər müsbət, istər də mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir. 

“Rabitə işi”ndə vurulan ziyanın bir hissəsi ödənilib

31 May 2017 12:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Güclü külək əsəcək

31 May 2017 12:35

İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şimşək çaxacağı ehtimalı var.