Gündəm

“Həmsədrlər Sərkisyanın işğalçılığı möhkəmləndirmək kursunu dayandırmalıdır”

31 May 2017 12:29

“2018-ci il aprelin 9-da Serj Sərkisyan prezident vəzifəsini tərk etməlidir. Hakimiyyətdə qaldığı bu 10 ay ərzində Serj Sərkisyan adını erməni tarixinə Qarabağ məsələsində kompromisə getməyən şəxs kimi salmaq istəyir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

İşçilərin ixtisarı ilə bağlı qaydalar dəyişir

31 May 2017 12:25

İşçilərin ixtisara düşməsi ilə bağlı qaydalar dəyişir. Bu məsələ Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. “Olaylar” xəbər verir ki, Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunub: “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır”. 77-ci maddədə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

Azərbaycan XİN Kiprin xarici işlər nazirinə etiraz edib

31 May 2017 12:22

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kiprin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edib. H. Hacıyev bildirib ki, Kiprin xarici işlər naziri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar səsləndirilən fikirlər Kiprin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və digər beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri ilə bilavasitə ziddiyyət təşkil edir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinin təşviq edilməsinə xidmət göstərir: “Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur”.

Milli Məclisdə AŞPA-nın uşaqlar üzrə alt komitəsinin iclası keçirilir

31 May 2017 12:21

Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf Komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilir. “Olaylar” xəbər verir ki, iclasa Milli Məclisin vitse-spikeri Bahar Muradova sədrlik edir.

Ronaldunun doğma şəhərini təmsil edən klub ona tapşırıldı

31 May 2017 12:20

Portuqaliya millisinin sabiq futbolçusu Koştinya Ronaldunun doğma şəhəri Funşalı təmsil edən "Nacional"a baş məşqçi təyin olunub.

Rusiya donanması İŞİD mövqelərinə raket zərbələri endirdi

31 May 2017 12:18

Rusiyanın Aralıq dənizində yerləşən hərbi donanması Suriyada İŞİD mövqelərinə raket zərbələri endirib. "Admiral Essen" freqatı və "Krasnodar" sualtı qayığı terrorçuların Palmira yaxınlığındakı mövqelərinə 4 raket buraxıb. Rakkadan gətirilən hərbi texnika və canlı qüvvənin vurulduğu bildirilir. Raket zərbələrinin endiriləcəyi ilə bağlı ABŞ, Türkiyə və İsrail komandanlıqlarına əvvəlcədən xəbərdarlıq edilib. Rusiya müdafiə naziri Sergey Şoyqu hadisə barədə prezident Vladimir Putinə məruzə edib.

ABŞ İraqda İŞİD terrorçuları tərəfindən törədilmiş terror aktlarına münasibət bildirib

31 May 2017 12:15

ABŞ İraqda İŞİD terrorçuları tərəfindən törədilmiş terror aktlarını qətiyyətlə pisləyib.  Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir. "Biz yaxınlarda İraqda İŞİD terrorçuları tərəfindən törədilmiş terror aktlarını qətiyyətlə pisləyirik.

3, 7, 40 mərasimləri azərbaycanlıların İslama gətirdiyi "yenilikdir"

31 May 2017 12:08

Bu gün Azərbaycanda yas mərasimləri toylardan daha təmtəraqlı keçirilir. Qohum-qonşunun, yaxınların diqqətini cəlb etməkdən, "filankəsin süfrəsində hər şey var idi" cümləsini eşitməkdən ötrü ölən insanın yaxını kifayət qədər xərc sahibi olur. Eyni zamanda, ölünün 3-ü, 7-si, 40-ı, cümə axşamları, nəhayət, ili keçirilir.

Qazax politoloq erməni xüsusi xidmət orqanları və Vahan Martirosyan haqda

31 May 2017 12:06

Ermənistan-Azərbaycan Sülh Platforması, erməni xüsusi xidmət orqanlarının bu təşəbbüsü içəridən dağıtmaq üçün öz agentini onun rəhbərliyinə yerləşdirməsi üzə çıxandan sonra, çətin vəziyyətə düşüb.

Hindistanda kilsə bayramından sonra zəhərlənmə

31 May 2017 12:02

Hindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb. Bu barədə "Indian Express" xəbər yayıb. Xəbərdə bildirilir ki, hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı, həmçinin yüzlərlə insan zəhərlənib.

Baş prokurorluq: “Əfqan Muxtarlı sərhədi qanunsuz keçib, müqavimət göstərib”

31 May 2017 11:59

Mayın 29-da saat 22.40-da Azərbaycan dövlət sərhədini qanunsuz keçəndən sonra Əfqan Muxtarlı saxlanılıb. Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Prezident İlham Əliyev: “Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması istiqamətində iş aparılır”

31 May 2017 11:47

"Təəssüf ki, müstəqilliyin ilk illərində neft-qaz sənayesi tənəzzülə uğradı, Abşeron yarımadası çirkləndirildi". Bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. 

Azərbaycan prezidenti: “Neft-qaz layihələrimiz regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir”

31 May 2017 11:45

“Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı var. Enerji təhlükəsizlikdə mühüm rol oynayır. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik məsələsidir”. Bu sözləri Azərbaycan prezidentiİlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında deyib. O bildirib ki, tarixi neft-qaz kəmərləri yaradılmasaydı, Azərbaycan resurslarını dünya bazarlarına ixrac edə bilməzdi: “Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir. Bu layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir”.

Prezident: "Azərbaycan etibarlı tərəfdaş kimi tanınır"

31 May 2017 11:44

"Bu sərginin Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır". Bunu Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. Dövlət başçısı deyib ki, bu sərgidə 300 şirkət iştirak edir: "Birinci sərgi ölkəmizi dünyada tanıtdırmaq üçün mühüm rol oynamışdı.