Gündəm
Prezident İlham Əliyev "Caspian Oil & Gas 2017" sərgisi ilə tanış olub
Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan 24-cü Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2017" sərgisi öz işinə başlayıb.
Azərbaycanda 14 yaşadək uşaqlar arasında siqaret çəkənlərin sayı artıb
Azərbaycanda aparılan tədqiqatlar nəticəsində məlum olub ki, siqaret çəkənlərin sayı hər il gəncləşir. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “Tütün-inkişaf üçün təhlükə!” mövzusunda KİV nümayəndələri üçün keçirilən seminarda bildirib ki, əvvəllər ölkədə 16-17 yaşlıların tütündən istifadəsi müşahidə olunurdusa, bu gün yaşı 14-dən aşağı olanlar arasında siqaret çəkənlərin sayı artıb.
BP: Azəri-Çıraq-Günəşli üzrə yeni müqavilə gələn ay imzalana bilər
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənilməsinə dair yeni müqavilə gələn ayın sonunda imzalana bilər. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib. Onun sözlərinə görə, müqavilə 2050-ci ilədək olan müddəti əhatə edəcək. "BP layihənin operatoru olaraq qalacaq. İmzalanacaq müqavilə bu layihəyə yatırılacaq investisiyaların həcminin artırılmasına imkan verəcək", - deyə o bildirib.
Azərbaycanda siqaretlə bağlı daha bir qadağa tətbiq olunur
Azərbaycanda tütündən (siqaretdən) istifadə ilə bağlı daha bir qadağa qoyulur. Bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatları haqqında” qanuna təklif edilən əlavələr müzakirə olunub. Qanunun 20-ci (tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması) maddəsinə təklif edilən əlavəyə əsasın, tütün məmulatının ticarətinə icazəsi olan hüquqi və fiziki şəxslərə məhsul satışında istehlakçıların həvəsləndirilməsi üçün stimullaşdırıcı lotereyaların keçirilməsi də qadağan olunur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlandı
ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər çərçivəsində iyunun 19-da Bakıda olacaqlar. Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. H. Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazırdır.
Deputat: “Azərbaycanda 300 mindən artıq məcburi köçkün həyatı yaşayan uşaq var”
“Bu gün Azərbaycanda 300 mindən artıq məcburi köçkün həyatı yaşayan uşaq var. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”.
81 saylı avtobusda baş verən ölüm hadisəsi ilə bağlı istintaq araşdırması aparılır
28.05.2017 tarixində 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.
Ətraf mühitin inkişafında gənclərin rolu artırılır
“Bizim gənclik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu” layihəsinin icrası çərçivəsində Bakı şəhərində cari ilin 24-26 may tarixlərində tədbirlər həyata keçirib.
Ermənilər yaşayış məntəqələrini atəşə tutub
Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.
Atəşkəs rejimi 120 dəfə pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 (50 mərmi) və 120 (15 mərmi) millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.
Tramp: "Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirirəm"
ABŞ Prezidenti Donald Tramp mayın 31-də Bakıda keçirilən 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgi və konfransının, həmçinin 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ enerji sərgisinin iştirakçılarına ünvanladığı məktubda Azərbaycan və ABŞ arasında tərəfdaşlığı qiymətləndirdiyini qeyd edib.
İraqda məktəbin yaxınlığında partlayış
İraqda məktəb yaxınlığında partlayış törədilib. Bu barədə "Əs Sumariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, hadisə Anbar vilayətinin Hit şəhərində, məktəbin yanında baş verib. Şəhərin mərkəzində kamikadzenin bədəninə bağladığı partlayıcı qurğunu işə salması nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Hadisə nəticəsində 13 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.
Xoreoqrafiya Akademiyası “Yeddi gözəl” baletini təqdim etdi
Akademik Opera və Balet Teatrının səhnəsində Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş etdildi. Akademiyadan “Olaylar” – a bildirlib ki, tələbələrinin buraxılış-hesabat tamaşası olan “Yeddi gözəl” baleti həm də Bakı Xoreoqrafiya Akademiyasının “Azərbaycan Respublikasında İslam Həmrəyliyi ili”nə həsr olunmuş növbəti layihələrindən biridir. Baş rolların ifaçıları Bakı Xoreoqrafiya Akademiyasının tələbələri - Fatimə Xələfova və Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatları Seymur Qədiyev, Dinara Şirinova və Nurlan Rəsulov idi.
“Mədəniyyət: Problemlər və Perspektivlər” mövzusunda XI beynəlxalq
Mədəniyyət və İncəsənət Universitetində "2017-ci il İslam Həmrəyliyi ili"nə həsr olunmuş "Mədəniyyət: Problemlər və Perspektivlər" mövzusunda dokto rant və gənc tədqiqatçıların XI beynəlxalq konfransı keçirilib. Universitetdən "Olaylar" - a bildirlib ki, konfransda Universitetin Elm və yaradıcılıq işləri prorektor, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva və filologiya elmləri üzrə fəlsəfə doktoru Firudin Qurbanov çıxışında iştirakçılara müvəffəqiyyətlər arzulayıb.
Xəzərdə zəlzələ
Xəzər dənizində növbəti dəfəzəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən "Olaylar" -a verilən məlumata görə, mayın 30-da yerli vaxtla saat 17:33-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 44 km dərinlikdə baş verəb zəlzələnin maqnitudası 3.6 olub və hiss edilməyib.













.jpg)
