Ətraf mühitin inkişafında gənclərin rolu artırılır

“Bizim gənclik” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu” layihəsinin icrası çərçivəsində Bakı şəhərində cari ilin 24-26 may tarixlərində tədbirlər həyata keçirib.

"Bizim gənclik" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ətraf mühitin dayanıqlı inkişafında gənclərin rolu" layihəsinin icrası çərçivəsində Bakı şəhərində cari ilin 24-26 may tarixlərində tədbirlər həyata keçirib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, mütəxəsislər tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində ekologiya anlayışına, ona həm lokal, həm də qlobal yanaşma tərzinə aydınlıq gətirilib, bu iki anlayışın sıx əlaqələri haqqında tədbir iştirakçılarıda ümumi təsəvvür yaradılıb. Təlim çərçivəsində toxunulan əsas məsələlər sırasına iqlim dəyişkənliyi riskləri və bu risklərin nəzərə almaqla ətraf mühitin dayanılıqlığının təmin edilməsi, Birləşmiş Millətlər Təşkilatının 193 ölkəsində, o cümlədən Azərbaycanda icra olunan Dayanıqlı İnkişaf Məqəsdləri olub. Qeyd edək ki, əsas məqsədi yerüstü ekosistemlərin dayanıqlılığının qorunması, meşələrin dayanıqlı idarə olunması, dənizlərdən və dəniz resurslarından səmərli istifadənin təmin edilməsində, eyni zamanda iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmağı özündə əks etdirən Dayanıqlı İnkişaf Məqsədlərinin 13, 14 və 15-ci məqsədləri haqqında gənclərin maarifləndirilməsi, onların BMT, o cümlədən Azərbaycan Respublikası tərəfindən qəbul olunmuş bu qlobal məqsədlərin reallaşdırılmasında rolunun artırılmasından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31