Deputat: “Azərbaycanda 300 mindən artıq məcburi köçkün həyatı yaşayan uşaq var”
“Bu gün Azərbaycanda 300 mindən artıq məcburi köçkün həyatı yaşayan uşaq var. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir”.
31 May 2017 11:24 Sosial"Bu gün Azərbaycanda 300 mindən artıq məcburi köçkün həyatı yaşayan uşaq var. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir". "Olaylar" xəbər verir ki, bu fikri Milli Məclisdə AŞPA-nın Sosial Məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin uşaqlar üzrə alt komitəsinin iclasında "Rəqəmsal mühitdə uşaqların müdafiəsi və gücləndirilməsi" adlı parlament sessiyasında çıxışı zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib. O, qeyd edib ki, Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil edir: Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir və ölkədə uşaqlara qayğı ildən-ilə artır. Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub". O Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də uşaqların hüquqlarının pozulduğunu qeyd edib: "Eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlardan 300 mindən çoxu uşaqlardır. Bu da uşaqların hüquqlarının pozulmasına gətirib çıxaran mühüm amillərdən biridir".