Rusiya donanması İŞİD mövqelərinə raket zərbələri endirdi

Rusiyanın Aralıq dənizində yerləşən hərbi donanması Suriyada İŞİD mövqelərinə raket zərbələri endirib. "Admiral Essen" freqatı və "Krasnodar" sualtı qayığı terrorçuların Palmira yaxınlığındakı mövqelərinə 4 raket buraxıb. Rakkadan gətirilən hərbi texnika və canlı qüvvənin vurulduğu bildirilir. Raket zərbələrinin endiriləcəyi ilə bağlı ABŞ, Türkiyə və İsrail komandanlıqlarına əvvəlcədən xəbərdarlıq edilib. Rusiya müdafiə naziri Sergey Şoyqu hadisə barədə prezident Vladimir Putinə məruzə edib.

Xatırladaq ki, prezident Putin Suriyadakı addımlarının məqsədinin terrorçuların Rusiya ərazisinə qayıtmasına imkan verməmək olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31