Hindistanda kilsə bayramından sonra zəhərlənmə
Hindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb. Bu barədə "Indian Express" xəbər yayıb. Xəbərdə bildirilir ki, hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı, həmçinin yüzlərlə insan zəhərlənib.
31 May 2017 12:02 DünyaHindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb. Bu barədə "Indian Express" xəbər yayıb. Xəbərdə bildirilir ki, hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı, həmçinin yüzlərlə insan zəhərlənib. "Yeddisi yeniyetmə yaşlarına çatmamış şəxs olmaqla, səkkiz nəfər Nongkya kəndində qidadan zəhərlənərək ölüb" - deyə dairə komissarının müavini qeyd edib. Bildirilir ki, sakinlər düyü və donuz əti yeyiblər. Hindistanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun sözlərinə görə, yeniyetmə yaşına çatmamış daha 1 nəfər Umsninq şəhərində ölüb. Məlumatda həmçinin bildirilir ki, 200-ə yaxın sakin qidadan zəhərlənib. Onların əksəriyyəti xəstəxanaya yerləşdirilib. Qida nümunələri Quaxati şəhərindəki tibbi laboratoriyaya göndərilib. "Report"