Milli Məclisdə AŞPA-nın uşaqlar üzrə alt komitəsinin iclası keçirilir
Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf Komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilir. “Olaylar” xəbər verir ki, iclasa Milli Məclisin vitse-spikeri Bahar Muradova sədrlik edir.
31 May 2017 12:21 SiyasətMilli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf Komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilir. "Olaylar" xəbər verir ki, iclasa Milli Məclisin vitse-spikeri Bahar Muradova sədrlik edir. Bahar Muradovanın sözlərinə görə, Azərbaycanda bu məsələyə xüsusi önəm verilir: "Uşaq hüquqlarının qorunması çox ciddi məsələdir. Azərbaycan qanunlarında bu məsələlər tənzimlənir". B.Muradova qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. AŞPA deputatı Baronessa Dorin Massey isə bildirib ki, internet uşaqların imkanlarını genişləndirdiyi kimi, müəyyən problemlərə də yol açır. "Bir çox halarda internetdən istifadə halları uşaqların istismarına və digər xoşagəlməz hadisələrə gətirib çıxarır. Bu barədə dünyada belə xoşagəlməz hallara rast gəlinir. Odur ki, dünyadakı uşaq problemləri strategiyası ilə AŞPA məşğul olur"- deyə, B.D.Massey bildirib.