Deputat etiraz etdi: “Ayrı-seçkilikdir”
Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.“Olaylar” xəbər verir ki, müzakirədə çıxış edən deputat Qüdrət Həsənquliyev qanun layihəsinin tənqid edib: “Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanılırdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir.
31 May 2017 13:05 SosialMilli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib."Olaylar" xəbər verir ki, müzakirədə çıxış edən deputat Qüdrət Həsənquliyev qanun layihəsinin tənqid edib: "Əvvəlki qanunda əmək müqaviləsi 5 ilədək bağlanılırdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir. Lakin əmək stajındakı fərqə görə işçinin ixtisar olunması, ayrı-seçkiliyə yol verilməsini, yaxud onlara fərqli məbləğdə kompensasiya verilməsini doğru saymıram. Əvvəlki variant daha ədalətli idi, nəinki indiki. Biz sadə adamların, işçilərin hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin". Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə qanunun hazırlanmasında dünya təcrübəsindən istifadə olunduğunu söyləyib: "Daha çox stajı olan adamın o müəssisədə daha çox xidməti var. Ona görə həmin şəxslərə işdən azad olunması üçün daha çox müddət verilir".