İşğalçı ölkənin “Zayner siyasəti” nəticə verəcəkmi?
ATƏT-in Daimi Şurasının sonuncu iclasında fəaliyyətdə olan sədr kimi Avstriya tərəfindən bəyan edilib ki, ATƏT-in Yerevan ofisinin mandatının uzadılması ilə əlaqədar konsensusa gəlmək mümkün olmayıb. Məhz bu bəyənat Ermənistanı ciddi narahat etməyə başlayıb və vəziyyətdən çıxış yolları araşdırılır. Artıq ermənilər ATƏT-lə münasibətləri yenidən qurmaq məqsədilə ATƏT-in baş katibi Lamberto Zaynerini Yerevana dəvət ediblər. Maraqlıdır sözügedən dəvət reallaşsa, Ermənistanın uduşu nədən ibarət ola bilər?
31 May 2017 14:25 SiyasətATƏT-in Yerevan ofisinin taleyi sual altındadır
ATƏT-in Daimi Şurasının sonuncu iclasında fəaliyyətdə olan sədr kimi Avstriya tərəfindən bəyan edilib ki, ATƏT-in Yerevan ofisinin mandatının uzadılması ilə əlaqədar konsensusa gəlmək mümkün olmayıb. Məhz bu bəyənat Ermənistanı ciddi narahat etməyə başlayıb və vəziyyətdən çıxış yolları araşdırılır. Artıq ermənilər ATƏT-lə münasibətləri yenidən qurmaq məqsədilə ATƏT-in baş katibi Lamberto Zaynerini Yerevana dəvət ediblər. Maraqlıdır sözügedən dəvət reallaşsa, Ermənistanın uduşu nədən ibarət ola bilər?
Qeyd edək ki, ATƏT 2000-ci illərin əvvəllərində Azərbaycan və Ermənistanda eyni vaxtda yerli missiyalarını təsis edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk Qrupu məşğul olduğu üçün əldə olunan anlaşma ondan ibarət olub ki, ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmayacaq. Lakin ATƏT-in Yerevan ofisinin birdən minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması şifahi razılaşmanı şübhə altına qoyub. Bu kimi amilləri nəzərə alan Azərbaycan tərəfi dəfələrlə narahatçılığını ifadə etməsinə baxmayaraq Ermənistan qeyri-qanuni fəaliyyətin davam etdirib. Ermənistanın ATƏT yanında nümayəndəliyi isə təsdiq edib ki, artıq sabiq Yerevan ofisi bu razılaşma ilə məhdudlaşmır. Ardınca Ermənistanın ATƏT yanında nümayəndəliyinin mövqeyi aydın şəkildə göstərdi ki, Ermənistan məsələnin həllində maraqlı deyil və sədrliyin kompromis xarakterli təklifini dəstəkləməkdən imtina edir. Yalnız bundan sonra ATƏT-in Yerevan ofosinin bağlanması məsələsi gümdəmə gəldi. ATƏT-in Yerevan ofisi ətrafında yaranan vəziyyət bir daha göstərdi ki, Azərbaycan konstruktiv, amma prinsipial mövqe sərgiləyir və Azərbaycan öz legitim maraqlarını qoruyacaq və suverenliyi və ərazi bütövlüyüə xələl gətirəcək hər hansı cəhdə qarşı qəti şəkildə çıxış edəcək.
Politoloq Zaur Məmmədov deyib ki, Ermənistan ATƏT-in Yerevandakı ofisinin bağlanması ilə bağlı ciddi təşviş içərisindədir. ATƏT-in baş katibi Lamberto Zaynerin Yerevana dəvət olunması məsələsinə münasibətində bildirib. O qeyd edib ki, bu təşviş Ermənistan hakimiyyəti ilə yanaşı, ermənipərəst politoloqların çıxışlarında da hiss olunur. Azərbaycan ATƏT qarşısında məsələ qaldıraraq, ofisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərməsindən, dolayı və birbaşa yollarla Azərbaycanın işğal olunmuş ərazilərində layihələr həyata keçirməsindən narahatlığını dəfələrlə ifadə edib və ofisin mandatına aydınlıq gətirilməsi məsələsini tələb edib.O, qeyd edib ki, ATƏT-in Yerevan ofisi onun üçün müəyyən edilmiş mandatdan kənara çıxaraq Azərbaycanın işğal olunmuş ərazilərində "mina təmizləmə" prosesinə cəlb olunub və bu işə xeyli miqdarda vəsait xərclənib: "Bu isə təşkilatın prinsiplərinə ziddir. Erməni tərəfi isə xəbərdarlıqlara məhəl qoymadılar. Hesab edirəm ki, ermənilər həyasızlıq nümayiş etdirirdilər, əl-ayağa düşərək müxtəlif yollar axtarırlar". Milli Məclisin deputatı Elman Nəsirov isə deyib ki, ATƏT-in baş katibi Lamberto Zanyerin Yerevan səfəri asan olmayacaq, artıq Ermənistan KİV-i kifayət qədər mürəkkəb danışıqların gedəcəyi ilə bağlı mövqeyini bildirib. O, qeyd edib ki, nəzərə alsaq ki, tək Ermənistanın XİN rəhbəri deyil, prezidenti də Zaynerlə görüşəcək, ilkin proqnozlar nikbin deyil. Deputat qeyd edib ki, ATƏT-in Yerevan ofisinin fəaliyyəti ilə bağlı Ermənistan hökumətinin tutduğu mövqe ATƏT rəhbərliyini qətiyyən qane etmir: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın tutduğu ənənəvi qeyri-konstruktiv mövqe də diqqətdən yayınmır". E. Nəsirov əlavə edib ki, bütövlükdə səfər çərçivəsində danışıqların iki istiqamətdə aparılacağını demək mümkündür: "Birincisi, ATƏT-Ermənistan ikitərəfli münasibətləri və onun bugünkü reallıqları və perspektivləri. Onu da qeyd etmək lazımdır ki, reallıqlar ürəkaçan deyil və buna görə də perspektivlər də yaxşı heç nə vəd etmir. Bu baxımdan bu məsələnin diqqətdə olacağı istisna deyil". O qeyd edib ki, danışıqların gedişində münaqişənin həlli ilə bağlı Ermənistanın mövqeyinin dəqiqləşdirilməsi məsələsi də gündəmdə ola bilər: "Qondarma Dağlıq Qarabağda keçirilən referendum və ATƏT-in obyektiv mövqe, referendumun nəticələrini rədd etməsi rəsmi Yerevanın diqqət mərkəzindədir. Biz düşünmürük ki, səfər çərçivəsində Ermənistanın mövqeyində köklü dəyişikliklər olacaq. Bunu düşünmək sadəlövhlük olardı. Hər halda ATƏT rəhbərliyi üçün səfərin əhəmiyyəti var. ATƏT rəhbərliyi Ermənistan hakimiyyətinin fəaliyyətindən narazılığını ifadə edib, indi isə Yerevanda bu narazılığı ifadə edəcək". Sonda bir daha xatırladaq ki, ATƏT-in Yerevan nümayəndələyinin mandatının uzadılması barədə konsensus əldə olunmayıb.
Nurlan