Azərbaycançılıq məfkurəsi təbliğ edilir

“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası növbəti dəfə “Gənclər Paytaxtı” seçilmiş Balakən rayonunda təşkil edilib. GİN-dən “OLAYLAR”-a bildirilib ki, kampaniya çərçivəsində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans və mədəni-kütləvi tədbirlər keçirilib.

"Azərbaycançılıq və gənclik" adlı təbliğat kampaniyası növbəti dəfə "Gənclər Paytaxtı" seçilmiş Balakən rayonunda təşkil edilib. GİN-dən "OLAYLAR"-a bildirilib ki, kampaniya çərçivəsində "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans və mədəni-kütləvi tədbirlər keçirilib. Təbliğat kampaniyası çərçivəsində keçirilən konfransda çıxış edənlər azərbaycançılığın məfkurədən milli və dövlətçilik ideologiyasının əsas qayəsinə çevrilməsini xüsusilə qeyd edib, ölkəmizin gələcək inkişafının, strateji hədəflərinin, milli təhlükəsizliyinin məhz bu vacib ideoloji prinsiplə əlaqəli olduğunu vurğulayıblar. Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və ərazi üzrə seçilmiş millət vəkili Nəsib Məhəməliyev çıxış edərək azərbaycançılığın təbliğində gənclərin rolundan və vəzifələrindən danışdılar, onlara dəyərli tövsiyyələrini veriblər. Çıxış edən gənclər də üzərlərinə düşən vəzifələri dərk etdiklərini, gələcək inkişafımızın əsasında, müstəqil dövlətçiliyimizin qorunub saxlanmasında Heydər Əliyev ideyalarının əhəmiyyətini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31