Almaniya və Fransa NATO-nun növbəti sammitinin İstanbulda keçirilməsinə qarşı çıxdılar

NATO-nun növbəti sammitinin İstanbulda keçirilməsi təklifi etirazla qarşılanıb. Mayın 24-25-də NATO-nun Brüsseldə təşkil olunan sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti Zirvə toplantısının 2018-ci ildə İstanbulda keçirilməsini təklif edib.

"Die Welt" yazır ki, başda Almaniya və Fransa olmaqla Danimarka, Niderland və Kanada bu təklifin əleyhinə olublar. R.T.Ərdoğanın 2016-cı ildə Varşavadakı toplantıda da oxşar təkliflə çıxış etdiyi bildirilir. NATO-nun növbəti sammitinin harada keçiriləcəyi isə iyunda Alyansın Müdafiə Nazirləri Şurasının iclasında məlum olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31