İnzibati məsuliyyətə cəlb edilmiş şəxsin hansı hüquqları var?

İnzibati qaydada müəyyən müddətə həbs olunan şəxslərə ailə üzvləri ilə görüş verilməməsi narahatlıq doğuran məsələlərdən biridir. Son vaxtlar belə hallara tez-tez rast gəlinir. Vəkil Fariz Namazlı qeyd edib ki, ortada Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun olmasını baxmayaraq nədənsə buna əməl olunmur: “Baxmayaraq ki, Azərbaycan Avropa Konvensiyasını ratifkasiya eləməklə Avropa Məhkəməsinin presedent hüququnun məcburiliyinin tanınmasını üzərinə götürüb, ancaq reallıqda inzibati həbs olunanlarla görüşdə problemlər yaşanır. İnzibati həbs olunanların ailələri ilə görüş verilməməsi praktikada geniş yayılıb. Şəxslər inzibati həbsə məruz qaldılarsa, müvəqqəti saxlama məntəqələrinin rəisləri onlara ailələri, yaxınları ilə görüş verməkdən imtina edir.

İnzibati qaydada müəyyən müddətə həbs olunan şəxslərə ailə üzvləri ilə görüş verilməməsi narahatlıq doğuran məsələlərdən biridir. Son vaxtlar belə hallara tez-tez rast gəlinir. Vəkil Fariz Namazlı qeyd edib ki, ortada Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun olmasını baxmayaraq nədənsə buna əməl olunmur: "Baxmayaraq ki, Azərbaycan Avropa Konvensiyasını ratifkasiya eləməklə Avropa Məhkəməsinin presedent hüququnun məcburiliyinin tanınmasını üzərinə götürüb, ancaq reallıqda inzibati həbs olunanlarla görüşdə problemlər yaşanır. İnzibati həbs olunanların ailələri ilə görüş verilməməsi praktikada geniş yayılıb. Şəxslər inzibati həbsə məruz qaldılarsa, müvəqqəti saxlama məntəqələrinin rəisləri onlara ailələri, yaxınları ilə görüş verməkdən imtina edir. Nəticədə şəxsin inzibati həbs müddətində hansı formada olmasından xəbərsiz olur". Onun sözlərinə görə, bununla bağlı bu yaxınlarda Avropa Məhkəməsi Rusiyaya qarşı bir qərar qəbul etdi. Belə ki,  RF-ya qarşı işdə taksi sürücüsü olan Paxtusov 15 gün inzibati həbsə məruz qalıb, MST rəhbərliyinə ərizə ilə müraciət edərək yaxınları ilə görüşmək istədiyini bildirir: "Rəhbərliyin imtinasını alan Paxtusov məhkəməyə üz tutur. Yerli məhkəmələr də onun bu xahişini rədd edir. Avropa Məhkəməsi kommunikasiyaya başladıqdan sonra Rusiya höküməti "İnzibati həbsin çəkilməsi qaydaları"nı qəbul edir ki, bu qaydalara görə inzibati həbs olunanlar 1 dəfə ailələri ilə görüşmək hüququna malikdir. Buna baxmayaraq Avropa Məhkəməsi Konvensiyanın 8-ci (məhkumların ailələri ilə görüşmək hüququ) maddəsinin pozuntusunu elan etdi və bu pozuntuya görə 1000 euro mənəvi zərərə görə kompensasiya təyin etdi".

Maraqlıdır, inzibati həbsin fəlsəfəsi nədən ibarətdir və onun tətbiqi hansı prinsiplərə əsaslanır?  Hüquqşünas Alim Hüseynli bildirib ki, barəsində inzibati həbs qərarı qəbul edilən şəxslərlə davranmaq qaydaları hamılıqla qəbul edilmiş beynəlxalq sənədlərdə və milli qanunvericilikdə öz əksini tapıb. Konkret olaraq  inzibati xətalar qanunvericiliyində onun vəzifələri və prinsipləri açıq şəkildə göstərilib. Qanunvericiliyə əsasən inzibati xətalar qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir: "Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır". Onun sözlərinə görə, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları (vəzifəli şəxslər) məsuliyyət daşıyırlar: "İnzibati Xətalar Məcəlləsinin özü insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir". Hüquqşünas qeyd edib ki, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir: "Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Bundan başqa, inzibati qanunvericilikdə təqsirsizlik prezumpsiyası prinsipi tətbiq eilir ki, bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31