Həmsədr dövlətlərin status-kvonu saxlamaq cəhdləri
Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatlar, açıqlamalar bir daha sübut edir ki, bu qurumu Dağlıq Qarabağ probleminin həllindən daha çox cəbhədə atəşkəsin pozulması hallarını aradan qaldırmaq, eyni zamanda mövcud status-kvonu saxlamaqla Ermənistanın maraqlarına uyğun addımlar atmaq düşündürür. Elə bu günlərdə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə verdiyi eksklüziv müsahibədən də bu mövqe aydın şəkildə özünü göstərir. İqor Popovun müsahibəsindən gəlinən qənaət ondan ibarətdir ki, Minsk qrupu qarşısına Qarabağ məsələsinin beynəlxalq hüquqa uyğun həllini qoymayır.
31 May 2017 14:43 SiyasətYaxud vasitəçilərin Ermənistanın maraqlarına xidmət edən fəaliyyəti
Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatlar, açıqlamalar bir daha sübut edir ki, bu qurumu Dağlıq Qarabağ probleminin həllindən daha çox cəbhədə atəşkəsin pozulması hallarını aradan qaldırmaq, eyni zamanda mövcud status-kvonu saxlamaqla Ermənistanın maraqlarına uyğun addımlar atmaq düşündürür. Elə bu günlərdə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə verdiyi eksklüziv müsahibədən də bu mövqe aydın şəkildə özünü göstərir. İqor Popovun müsahibəsindən gəlinən qənaət ondan ibarətdir ki, Minsk qrupu qarşısına Qarabağ məsələsinin beynəlxalq hüquqa uyğun həllini qoymayır.
Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, ATƏT-in Minsk qrupu birmənalı olaraq Ermənistanın diktəsi ilə hərəkət edərək cəbhə xəttindəki status kvonu qoruyur və bununla da vaxt əldə edib Azərbaycanı Dağlıq Qarabağla bağlı daha çox güzəştlərə, Qarabağın itirilməsinə səbəb ola biləcək gedişlərə sürükləmək istəyir: "Münaqişə tərəflərinin keçirilən hər bir görüşünü faydalı sayan həmsədr görüşdə irəliləyişin baş vermədiyini də etiraf edir. Eyni zamanda vasitəçi hansısa irəliləyiş əldə edilməsinin gözlənilmədiyini də söyləyir. Belə olan halda sual olunur. Bəs onda bu görüşün təşkil edilməsinə nə ehtiyac vardı? Aydındır ki, bu hal Ermənistan üçün göydəndüşmədir və elə onların istəyi ilə də bu cür formal, mənasız görüşlər keçirilir". Rövşən Məmmədli bildirib ki, həmsədr dövlətlər Ermənistanı Azərbaycanın hərbi üstünlüyünə çatdırmağa çalışır, onu silah və digər döyüş sursatları, müşahidə cihazları ilə təmin edirlər: "Ermənistanın reaksiyası aydındır. İşğal etdiyi ərazilərdən çıxmamaq, bacardıqca status-kvonu uzatmaq. Azərbaycan da verdiyi bəyanatlarda münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquqa əsasən həllini istəyir. Belə olan halda tərəflərin hansı mövqeyin örgənməyə və 25 il gəlib getməyə nə ehtiyac var?. Əgər özünüzə hörmət edirsinizsə tərəflərin Sülh danışığına gələ bilmədiklərini bəyan edin, çəkilin kənara. Ya bu məsələni həll edə bilən yeni arbitrlər meydana çıxsın, ya da tərəflər özləri öz aralarında problemlərini həll etsinlər. Daha bu qədər riyakarlıq, yalan, fantaziya nəyə lazımdır. Bu uzanan danışıqlarda Ermənistan axı heç nə itirmir, əksinə Azərbaycanın sərvətlərini talayıb aparır, 20 faiz ərazimizi xaraba qoyur..Azərbaycan isə bir milyon qaçqınını geri qaytara bilmir, Azərbaycanın ən münbit, ən gəlirli, minerallarla ən zəngin, əlvan metal yataqları ilə bol olan torpaqlarından məhrum olub, oradan istifadə edə bilmir. Jurnalistin "Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü günü həmsədrlər birgə bəyanatla çıxış etdilər. Lakin Laçının işğalı barədə bəyanatda heç bir qeyd
olmaması Azərbaycan tərəfinin narazılığına səbəb oldu. Azərbaycan XİN bəyanatı ümumilikdə standart və simptomatik kimi dəyərləndirib. Buna münasibətiniz necədir?" sualına cavabda İqor Popov deyib ki, həmsədrlərin bəyanatı qoşunların təmas xəttində bu il mayın 15-17-də vəziyyətin gərginləşməsi ilə bağlı olub. Atəşkəs rejiminin ciddi pozulması bizdə narahatlıq oyatdı. Bu bəyanatın əsas məqsədi tərəfləri münaqişə zonasında eskalasiyanın qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsinə çağırmaq idi. Analoji mövzuda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi də çıxış edib. Fikir verirsiniz rusiyalı həmsədr Laçının adını belə çəkmir, nəinki onun işğal faktını. Əksinə Ermənistanın arzuladığı.xeyrinə işləyən faktları sadalayır. Heç bir sülh danışığına gəlməyən, şərtlərlə razılaşmayan, ərköyünlük nümayiş etdirən, Azərbaycana qarşı pravakasiyalarla məşğul olan Ermənistana qarşı biz nə etməliyik?. Bəlkə ərazimizi faşistcəsinə işğal etmiş bu vandal ermənilərin başını sığallamalıyıq?. Ermənistanın ağır texnikasını, Azərbaycanın hava məkanlarını müşahidə edən cihazını ön cəbhəyə yerləşdirməyinə seyriçimi qalmalıydıq?. 25 ildir Azərbaycanın ərazilərinin işğal altında olmasından narahat olmayan bu həmsədrlər "atəşkəs rejiminin pozulmasından" nə tez "narahat" olurlar. Bu yerdə İqor Popov niyə Ermənistanın cəbhə xəttindəki saysız-hesabsız təxribat hərəkətlərindən danışmır?. Jurnalistin daha bir haqlı sualına: "- Azərbaycan XİN-in bəyanatında o da qeyd olunur ki, Ermənistan prezidenti bir neçə gün əvvəl parlamentdə çıxışı zamanı yenilənmiş Madrid prinsiplərini inkar edib. Danışıqların hansı prinsiplər əsasında aparıldığını açıqlamanızı istərdik"..sualına rusiyalı həmsədr sualın mahiyyətindən yayınan cavab verərək öz dövlətinin ənənəvi mövqeyini söyləyir: "Mən artıq dəfələrlə bu barədə bildirmişəm. Bir daha təkrar edirəm: danışıqlar prosesinin əsası yaxşı məlumdur və bu barədə həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında qeyd olunub. Xatırladıram ki, burada söhbət BMT Nizamnaməsinin əsas prinsiplərindən, Helsinki Yekun Aktından - güc tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etməsi, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, ərazilərin, qaçqınların geri qaytarılması, Dağlıq Qarabağla Ermənistan arasında dəhliz və sülhməramlı əməliyyatdan gedir. Ümumilikdə tərəflər bu əsası inkar etmirlər" . O zaman sual olunur, əgər doğurdan da danışıqlar BMT Nizamnaməsinin prinsipləri əsasında gedirsə, onda nədən ərazisi işğala məruz qalmış dövlətin öz ərazisini işğaldan azad etmək hüququ olmasını qəbul etmirsiniz, bu haqda niyə danışmırsınız? Bəs siz ədalətli sülh yarada bilmirsinizsə, onda, Azərbaycan hansı yolla öz itirdiyi ərazisini işğaldan azad etməlidir?. Əgər söhbət Azərbaycanın ərazi bütövlüyündən gedirsə, onda bu ikibaşlı "xalqların bərabərhüquqluluğu və öz müqəddaratını təyin etməsi" nə mənadır?". Ekspert qeyd edib ki, ermənilər onsuz da elə həmsədrin təmsil oluduğu Rusiyanın əli ilə Azərbaycanın tarixi torpaqları hesabına "öz
müqəddaratın" təyin edib, o yerlərində milyonlarla aboregen azərbaycanlı əhalisini oradan qovub: "İndi həmsədr dövlətlər yenidən Qarabağı da "özmüqəddaratnı təyin etmək adı" ilə bizdən qoparmaq istəyən Ermənistanın çaldığı havaya oynayırlar. Əslində isə beynəlxalq hüquqa uyğun olaraq əgər torpaqlarımızı tanrının köməyilə azad etdikdən sonra Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlığını və Konstitusiyasını qəbul etsələr, onlar da Azərbaycanda, eləcə də elə Rusiyada yaşayan milli azlıqların sahib olduqları hüquqlarla təmin ediləcəklər. Bunu heç deməyə ehtiyac da yoxdur. Azərbaycan dövlətinin Konstitusiyası bütün bunları nəzərdə tutur. Dağlıq Qarabağda Azərbaycan vətəndaşlığını qəbul edən bütün ermənilərə mədəni muxtariyyət və yerli özünidarəçilik veriləcək. Fikir verirsinizsə İqor Popov ərazilərin, qaçqınları geri qaytarılmasını, "öz müqəddartın təyin olunması" statusunun müəyyən edilməsindən sonra deyir. Elə İrəvanı da o cür deməyə Kreml göstəriş verir. Həmsədrin fikirləri bunu deməyə tam əsas verir. Həmsədr sonda Dağlıq Qarabağla Ermənistan arasında "dəhliz"dən və sülhməramlı əməliyyatından danışır. Elə xoruzun quyruğu da burada görünür. Dağlıq Qarabağla Ermənistanın arasında nə "dəhlizi" olmalıdır?. Niyə olmalıdır?. Bu Azərbaycan dövlətinin suverenliyinin pozulması deyilmi?. Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılırsa. daha Ermənistanla nə "dəhlizi" olmalıdır?. Elə bu Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi kimi bir şeydir. Azərbaycan xalqı bu cür hiyləgər planlara getməz. Odur ki, Qarabağla bağlı aparılan danışıqlar bundan sonra da davam etdiriləcəksə, yalnız beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və ən əsası Azərbaycanın Konstitusiyasına uyğun aparılmalıdır. Bunlardan kənara atılan hər hansı xırda addım belə xalqımız tərəfindən qəbul edilməyəcək, rədd olunacaq. Ermənilər Dağlıq Qarabağda yaşayırlar, buyursunlar yaşasınlar, necə biz indi Gürcüstana sərhəddi keçib gedirik, ermənilər də Ermənistana Gorus yolu ilə o qaydada gedib gələrlər. Burada bir problem yoxdur. Ancaq hər hansı statuslu "dəhlizdən" söhbət belə gedə bilməz. Əgər gedərsə bu, Konstitusiyamıza ziddir və xalqımızın iradəsi əleyhinədər. Əgər barışıq olarsa və Ermənistan özünü ağıllı apararsa, onda sərhəd keçid məsələləri sadələşdirilə də bilər, heç bir çətinlik, problem olmadan gedib gələrlər. Ancaq "dəhliz" siz.
Müsahibəsinin sonunda rus həmsədr münaqişənin tezliklə ədalətli Sülh yolu ilə aradan qaldırılması,yaxud işğalçı Ermənistana iradlar tutması əvəzinə cəbhə bplgəsində, qoşunların təmas xəttində müşahidəçilərin sayının artırılmasındakı razılıqdan danışır ATƏTin fəaliyyətdə olan sədri Kaspişikin ofisinin genişləndirməsindən "həvəslə" danışır". Rövşən Məmmədlinin sözlərinə görə, rusiyalı həmsədrin müsahibəsindən gəlinən məntiqi sonuc odur ki, Moskva öz həmsədr təmsilçisinin dili ilə Qarabağla bağlı yenə köhnə havaları çalır: "Ancaq Qafqazda indi yazdır. İrəlidə yay fəsli var. Onu da diqqətə çatdıraq ki, Qafqazda ən
güclü və hazırlıqlı ordu Azərbaycan ordusudur. Ermənistandan hər cəhətən 10 dəfələrlə güclü ordu, həm də öz ana vətəni uğrunda döyüşlərə atılacaq ruhən yüz dəfələrlə güclü ordu. Bu ordu elə bu yay öz lazımlı qələbəsin əldə edə bilər. Odur ki, Rusiya Qafqazda gerçəkdən müharibə istəmirsə və Azərbaycanla həmişə mehriban qonşu, strateji tərəfdaş olmaq istəyirsə ermənilərdən Azərbaycana qarşı bir vasitə kimi istifadəsinə son qoymalıdır".
Süleyman