Şükufə Yusupova ad gününü Musiqili Teatrda qeyd etdi

Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Şükufə xanım Yusupovanın doğum günü Musiqi Teatrda qeyd olunub. Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, Şükufə xanım Yusupova doğum gününü uzun illərdir ki, əməkdaşlıq etdiyi Musiqili Teatrın səhnəsində qeyd edib. Sevilən aktrisa ötən gün Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur “Mənim günahım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində onu sevənlərin qarşısına çıxıb. Balet-tamaşa həmişə olduğu kimi, bu dəfə də tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Şükufə xanım Yusupovanın doğum günü Musiqi Teatrda qeyd olunub. Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a  bildirib ki, Şükufə xanım Yusupova doğum gününü uzun illərdir ki, əməkdaşlıq etdiyi Musiqili Teatrın səhnəsində qeyd edib. Sevilən aktrisa ötən gün Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur "Mənim günahım" pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində onu sevənlərin qarşısına çıxıb. Balet-tamaşa həmişə olduğu kimi, bu dəfə də tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Qeyd edək ki, səhnə əsərində rolları Şükufə xanım Yusupova ilə yanaşı, Respublikanın Əməkdar artisti İlham Hüseynov və gənc balet ifaçısı Cəlalə Novruzlu ifa edirlər.

Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31