Tikinti və inşaat sektorunda geriləmə müşahidə olunur
“Ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur”. “Olaylar” xəbər verir ki, bunu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib.
31 May 2017 14:53 İqtisadiyyat"Ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu "2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib. Deputat bildirib ki, biz ƏDV-nin differensiallaşdırılması ilə bağlı dəfələrlə parlementdə məsələ qaldırılıb: "Vergilər Nazirliyi bu məsələyə müsbət rəy versə də, ötən il də bu problem öz müsbət həllini tapmayıb. Valyuta ehtiyatalarında böyük geriləmə müşahidə olunub. 2014-cü ildə valyuta ehtiyatlarımız 51 milyarda yaxın idisə, bu il bu rəqəm 37 milyarda enib. Mərkəzi Bank uçot dərcəsini 5 faizdən 15 faizə qaldırıb. Mərkəzi Bank valyuta bazarında əsas oyunçudan ikinci oyunçuya çevrilib. Əsas oyunçu isə hazırda Dövlət Neft Fondudur".