Gündəm
BNA-dan daha bir yenilik
Bakı Nəqliyyat Agentliyi daha bir ilkə imza atıb. “OLAYLAR”-ın BNA-ya istinadən verdiyi xəbərə görə, piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılır. İlk olarq “Sovetski layihəsi” çərçivəsində salınan yollarda tətbiq edilən bu yeniliyi gələcəkdə bütün Bakı yollarında görmək mümkün olacaq.
Ənənəvi muxalifət xalqın etimadını itirib
Artıq uzun illərdir ki, Azərbaycanda müxalif düşərgə demək olar ki, yox vəziyyətindədir. Daha dəqiq desək müxalifət sözdə olsa da, lakin o əməldə, fəaliyyətdə mövcud deyil. Müxalifət partiyalarının fəaliyyəti yalnız kütləvi informasiya vasitələri, qəzet səhifələrində, internet portalları və sosial şəbəkələrdə özünü büruzə verir.
Bu il müsbət dinamika ilə yadda qalacaq
2014-cü ildən etibarən dünyanı ciddi şəkildə təhdid edən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı özünün inkişaf tempini davam etdirir. Düzdür, böhranın ilk illərində ölkəmiz də müəyyən mənada bundan əziyyət çəksə də, qısa zamanda həyata keçirilən antiböhran tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ən əsası qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi yönündə atılan addımlar Azərbaycanın dünyada iqtisadi sferada cərəyan edən mənfi tendensiyadan minimum şəkildə zərər görməsinə zəmin yaratdı.
Azərbaycanın diplomatik uğurları
Azərbaycan torpaqlarının mənimsənilməsi, işğal edilməsi məqsədilə yaradılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasından 30 ilə yaxın bir vaxt keçir. 1988-ci ildən etibarən keçmiş SSRİ-nin məkirli planı əsasında yaradılan Dağlıq Qarabağ problemi əslində iki məqsədə xidmət edirdi. Birincisi, keçmiş ittifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq müxtəlif regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmağa çalışırdı. Burada başlıca məqsəd müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsinin qarşısını almaq idi. İkincisi, Kreml I Pyoturdan üzü bəri gələn siyasəti davam etdirir və ermənilərin işğalçılıq siyasətinə dəstək verməklə onların yeni-yeni ərazilər zəbt etməsinə şərait yaradırdı.
Rus dilinin Azərbaycandakı statusuna aydınlıq gətirilməlidir
Son günlər yenidən əcnəbi, xüsusən rus dilinin vacibliyi haqda ictimai müzakirələr baş qaldırıb. Əksər məsələlərdə olduğu kimi, sözügedən məsələdə də cəmiyyətdə birmənalı mövqe yoxdur. Rus dilinin xarici dil kimi daha dərindən öyrənilməsini təqdir edənlər də var, ona qarşı çıxanlar da. Məsələ o qədər aktuallaşıb ki, müxalifət partiyalarının rəhbərləri də günümüzdə müzakirə mövzusu olan bu məsələ barədə öz fikirlərini bildirirlər.
Bakı küçələrini dolaşan ölüm kabusu
Bu günlərdə Rusiya Federasiyasının Tatarıstan Respublikasında sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşınının toqquşması və qəza zamanı çoxsaylı insan tələfatının baş verməsi vacib bir məqama diqqət yetirilməsi zəruriliyini ortaya qoyub. Bu da şəhər mərkəzində, əhalinin sıx məskunlaşdığı ərazilərdə yanacaq daşıyan yük maşınlarının hərəkəti və onların hər an törədə biləcəyi təhlükədir. Nəzərə alsaq ki. paytaxt küçələrində də hər addımda bu cür yanacaq daşıyan yük maşınlarına rast gəlirik, o zaman belə qənaətə gəlmək olar ki, Tatarıstanda baş verən məlum qəzadan biz də sığortalanmamışıq və belə bir təhlükə kabusu bizim də başımızın üstündə gəzir. Digər tərəfdən paytaxtda çoxlu sayda yanacaqdoldurma məntəqələrinin fəaliyyət göstərməsi də hər hansı qəza hadisəsi baş verəcəyi təqdirdə onun miqyasının daha geniş bir çevrəni əhatə edə biləcəyi narahatçılığını yaradır.
II Ukrayna müharibəsi: Moskvadan yeni taktika
İyunun 27-də səhər saatlarında Kiyevin mərkəzində polkovnik, Ukraynanın hərbi kəşfiyyatının elit bölməsinin komandiri Maksim Şapalovun maşını partladıldı. Bir neçə saat sonra kütləvi kiberhücum vasitəsilə şəhərin bütün kompüter sistemləri sıradan çıxarıldı. Növbəti gün isə Ukraynanın şərqinə səfər zamanı Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki avtomobili partladaraq qətlə yetirildi.
Səid Ünsizadənin fotoşəkli İstanbuldakı qohumlarından tapıldı
Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul) milli mətbuatımızın yaradıcılarından biridir.O,1878-ci ildə Tiflisdə kitab və qəzet çap etdirmək üçün hökumət dairələrindən icazə alıb, burada əvvəlcə litoqrafiya (daş basmaxanası),bir müddətdən sonra isə tipoqrafiya (mətbəə) açır.Səid Ünsizadə 1879-cu il in yanvarında "Ziya" adlandırdığı şəxsi litoqrafiyasında "Ziya" adlı həftəlik qəzetin nəşrinə başlayır.
Çimərliklərlə bağlı son monitorinqin nəticəsi: Yenə bakterioloji çirklənmə
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı növbəti monitorinq keçirib. Bu barədə mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
Bərdia Kiyarəs Musiqili Teatrda
İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs Musiqili Teatrında çıxış edəcək. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tanınmış dirijor sentyabr ayında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını idarə edəcək. Tamaşaların nümayişi 23-24 sentyabr tarixlərində baş tutacaq. Qeyd edək ki, Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub.
Alman müdafiəçi "Ayax"dan getdi
Təcrübəli müdafiəçi Hayko Vestermann "Ayax"la yollarını ayırıb. Tərəflər 2018-ci ilin yayında bitəcək müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq qərarına gəlib. Ötən mövsüm 33 yaşlı futbolçu cəmi 4 oyunda meydana çıxmışdı. O, 2016-cı ilin yayında "Betis"dən Amsterdam klubuna keçmişdi. Vestermannın "Austria" klubuna keçəcəyi gözlənilir.
Qaçqın düşərgəsində PARTLAYIŞ: 14 ölü
İraqda qaçqın düşərgəsində partlayış baş verib. Partlayış nətcəsində azı 14 nəfər həlak olub. Polisin verdiyi məlumata görə, partlayışı qadın geyimində düşərgəyə daxil olan intiharçı-terrorçu törədib. Hadisə nəticəsində daha 20 nəfərin yaralandığı bildirilir. Partlayışın İŞİD tərəfindən törədildiyi ehtimal olunub.
Bakının məşhur gözəllik salonunda xanım müştərinin başına oyun açdılar - ŞİKAYƏT
Bakının mərkəzində faəliyyət göstərən ən məşhur gözəllik salonlarından olan "Grace Beauty Complex"də müştərinin başına oyun açıblar. Bu haqda şikayətçi Günel Aşırova məlumat verib. O qeyd edib ki, gözəllik salonunda saçını yandırıblar: "Saçımı yandırıb, indi usta məni narahat etmə, administrator da "get ustanı ictimailəşdir" deyir".
Maştağada Zeytun bağı yandırılaraq məhv edilir
Sabunçu rayonu Maştağa qəsəbəsindəki keçmiş Subtropik sovxoz adlanan bağlarda meyvə ağacları kökündən çıxarılaraq daşınır və amansızcasına yandırılır. Bu barədə sakinlər məlumat verib. Sakinlərin bildirdiyinə görə, sovet dövründə sözügedən ərazidə meyvə ağaclarından ibarət bağ salınıb.
Türkiyəli məşhur aktyor toyunda AZƏRBAYCAN MAHNISI OYNADI - VİDEO
Məşhur "Eşkiya dünya hökmdar olmaz" serialında İlyas xarakterini canlandıran Ozan Akbaba toyunda həyat yoldaşı ilə birlikdə Azərbaycanın xalq rəqsi olan “Tərəkəmə” mahnısını oynayıb.









.jpg)




