Səid Ünsizadənin fotoşəkli İstanbuldakı qohumlarından tapıldı

Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul) milli mətbuatımızın yaradıcılarından biridir.O,1878-ci ildə Tiflisdə kitab və qəzet çap etdirmək üçün hökumət dairələrindən icazə alıb, burada əvvəlcə litoqrafiya (daş basmaxanası),bir müddətdən  sonra isə tipoqrafiya (mətbəə) açır.Səid Ünsizadə 1879-cu il in yanvarında "Ziya" adlandırdığı şəxsi litoqrafiyasında  "Ziya" adlı həftəlik qəzetin nəşrinə başlayır.

Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul) milli mətbuatımızın yaradıcılarından biridir.O,1878-ci ildə Tiflisdə kitab və qəzet çap etdirmək üçün hökumət dairələrindən icazə alıb, burada əvvəlcə litoqrafiya (daş basmaxanası),bir müddətdən  sonra isə tipoqrafiya (mətbəə) açır.Səid Ünsizadə 1879-cu il in yanvarında "Ziya" adlandırdığı şəxsi litoqrafiyasında  "Ziya" adlı həftəlik qəzetin nəşrinə başlayır.

S.Ünsizadə "Ziya"nın imtiyaz sahibi idi.Qəzetin əsas yazarı isə onun qardaşı,Şamaxı Məclis Məktəbinin sabiq müəllimi Cəlal Ünsizadə idi. Səid Ünsizadə həmişə qəzetin hamının başa düşəcəyi dildə yazılmasına çalışırdı.O,  qardaşından  sadə dildə yazmağı, "hamıya öz xörəgini verməyi " tələb edirdi. "Ziya" bir müddətdən sonra "Ziyayi-Qafqasiyyə" adı ilə çıxarılır.Qəzetin sonuncu nömrəsi 1884-cü ilin iyun ayında çıxıb. Cəlal Ünsizadə "Ziya"da işləyərkən mətbuat işində müəyyən vərdişlər  qazanır və 1883-cü ilin yanvarında Tiflisdə Azərbaycan dilində "Kəşkül" adlı jurnalın nəşrinə başlayır."Kəşkül" 11 nömrədən sonra  aylıq jurnal kimi yox, həftəlik qəzet kimi nəşr edilir. "Kəşkül"ün nəşri 1891-ci ildə dayandırılır.

Qardaşlar mətbuat və digər maarifçilik işlərini davam etdirmək üçün  1890-cı illərin əvvəllərində İstanbula köçürlər.Səid Ünsizadə burada təhsil sahəsində çalışır,Quranın türk dilində  təfsirini yazır.Cəlal Əfəndi isə hökumət qurumlarının birində mətbuat işlərinə rəhbərlik edir.

Zəngin pedaqoji və mətbu fəaliyyətləri ilə tarixə düşən Ünsizadə qardaşlarının İstanbul həyatı haqqında son günlərə qədər o qədər də hərtərəfli məlumatımız yox idi. Ünsizadələrin şamaxılı qohumlarından biri gənc tədqiqatçı,Ünsizadələr nəslinin təəssübkeşlərindən biri  Zaur Səmədov bu günlərdə Azərbaycana Türkiyədən xoş xəbər və bir neçə daşdan keçə biləcək material gətirmişdir. Sən demə,Ünsizadə   nəslinin sonrakı nümayəndələri  1934-cü il Soyadı Qanunundan sonra Arkün və Berksan soyadlarından istifadə etmişlər.Odur ki, Türkiyədə Ünsizadələrin axtarışları uzun müddət nəticəsiz qalmışdır.Zaurun ictimaiyyətə təqdim etdiyi ən maraqlı tapıntı Səid Əfəndi Ünsizadənin qoca vaxtlarında çəkdirdiyi fotoşəkildir. Həmin şəklə diqqətlə baxın.

Bu,odur? Bu, odur?

Zaur Səmədov deyir ki,bəli,bu şəkil Səid Ünsizadənin fotoşəklidir.Bunu İstanbuldakı Arkünlər və Berksanlar da, Zaurin əminliklə  göstərdiyi sənədlər də təsdiq edir.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31