İranın Cənubi Qafqaz mesajı: “3+3” formatı niyə yenidən gündəmdədir?-ÖZƏL
15:50 Siyasətİranın XİN rəhbəri Abbas Araqçi erməni həmkarı Ararat Mirzoyanla görüşdə Cənubi Qafqazda sülhün qorunması üçün regiondankənar qüvvələrin müdaxiləsinin olmamasının vacib olduğunu bildirib. O, Azərbaycan-Ermənistan münasibətlərinin inkişafını müsbət qiymətləndirib və "3+3" formatında əməkdaşlığa hazır olduqlarını deyib. Mirzoyan isə İranla münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb.
Əraqçi "kənar qüvvələr" dedikdə kimi nəzərdə tutur? İranın 3+3 formatında israrı nəyi hədəfləyir? İrəvan həm Qərblə, həm İranla strateji münasibət qura bilərmi?
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" Düşünürəm ki, İranın Xarici İşlər nazirinin bu bəyanatına diqqət yetirməyə ehtiyac yoxdur. Ona görə ki, İran elə bir ölkədir ki, bugünkü gündə belə bir vəziyyətdə bizə tövsiyə versin.
"Kənar qüvvələr" deyəndə, vaxtilə Ermənistan öz ərazisinə Avropa Birliyinin nümayəndələrini sərhədlərə müşahidəçi kimi yerləşdirəndə, Azərbaycan bəyan elədi ki, kənar qüvvələrin regionda ehtiyacı yoxdur. İran tərəfindən biz hər hansı bir bəyanat eşitmədik. Bu gün isə TRIPP-də ABŞ-ın iştirak etməsi, ABŞ-ın Cənubi Qafqazda, xüsusən Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında mühüm rol oynadığı halda, belə bəyanatlarla sadəcə olaraq bu proseslərə mənfi təsir göstərmək istəyir. O ki qaldı "3+3" formatına, belə bir format vaxtilə elan olunmuşdur və Azərbaycan da bunu dəstəkləyirdi, Türkiyə də bunu dəstəkləyirdi. Lakin biz İrandan bu formatın həyata keçirilməsi üçün hər hansı ciddi addımlar görmədik və bu formatın işlənməsi mümkün olmadı. Ona görə ki, bu formatın daxilində bir çox ölkələrin bir-biriləri ilə diplomatik münasibətləri yox idi. Məsələn, Rusiyanın Gürcüstanla, Azərbaycanın Ermənistanla və s. münasibətləri yox idi. Ona görə belə bir formatın işlənməsi, həyat göstərdi ki, mümkün olan bir şeydir və bunu yenidən səsləndirməyə ehtiyac yoxdur.
Qərb ilə Ermənistanın münasibətlərinin inkişaf etdiyi görünür. Amma İranla münasibətlər elədir ki, Ermənistan İran vasitəsilə qaz alır və s. Bu baxımdan, bu münasibətləri qoruyub saxlamaq Ermənistan üçün çox vacibdir. Düşünürəm ki, hər iki münasibəti strateji münasibət kimi qiymətləndirmək tez olardı, amma yüksək səviyyədə münasibətlər saxlamaq imkanı, düşünürəm ki, yarana bilər".
Zeynəb Mustafazadə