Bərdia Kiyarəs Musiqili Teatrda

İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs  Musiqili Teatrında çıxış edəcək. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tanınmış dirijor sentyabr ayında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını idarə edəcək. Tamaşaların nümayişi 23-24 sentyabr tarixlərində baş tutacaq. Qeyd edək ki, Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub.

İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs  Musiqili Teatrında çıxış edəcək. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, tanınmış dirijor sentyabr ayında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq "O olmasın, bu olsun" və "Arşın mal alan" tamaşalarını idarə edəcək. Tamaşaların nümayişi 23-24 sentyabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub.

Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Belçikada konsertlərlə çıxış edib. 2008-ci ildən bəri dünyanın aparıcı dirijorları ilə əməkdaşlıq edir. 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində, 2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq edib. İran Milli Orkestrinin dirijoru kimi 2010-2012-ci illərdə konsertlərdə çıxış edib. "Budən və Nəbudən" (To Be and Not To Be) adlı seçilmiş əsərlərindən ibarət albomu nəşr olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31