Ənənəvi muxalifət xalqın etimadını itirib

Artıq uzun illərdir ki, Azərbaycanda müxalif düşərgə demək olar ki, yox vəziyyətindədir. Daha dəqiq desək müxalifət sözdə olsa da, lakin o əməldə, fəaliyyətdə mövcud deyil. Müxalifət partiyalarının fəaliyyəti yalnız kütləvi informasiya vasitələri, qəzet səhifələrində, internet portalları və sosial şəbəkələrdə özünü büruzə verir.

Regionlarda əhali ənənəvi muxalifətin adı gələndə siyasətə qarşı inamsızlıq sindromuna düçar olur

Artıq uzun illərdir ki, Azərbaycanda müxalif düşərgə demək olar ki, yox vəziyyətindədir. Daha dəqiq desək müxalifət sözdə olsa da, lakin o əməldə, fəaliyyətdə mövcud deyil. Müxalifət partiyalarının fəaliyyəti yalnız kütləvi informasiya vasitələri, qəzet səhifələrində, internet portalları və sosial şəbəkələrdə özünü büruzə verir. Təəssüflər olsun ki, bu fəaliyyətin özü də qeyri-sağlam iqtiqamətə yönəlir. Ya qeyd edilən vasitələr üzərindən qurulan fəaliyyət bir partiyanın digərini, bir siyasi liderin başqa bir siyasi lideri gözdən salması, ona qarşı çirkin kampaniya aparması istiqamətində qurulur, ya da hökumətin atmış olduğu addımları haqlı-haqsız, yerli-yersiz, qərəzli şəkildə tənqid etmək, hədəfə götürmək üzərində. Bu qeyri-normal və siyasi mübarizə metoduna zidd olan fəaliyyət müxalifət partiyalarına elə sirayət edib ki, hətta partiyalar əsas siyasi mübarizə metodu olan bu və ya digər seçkilərdə iştirak imkanlarından da yararlanmağı unudub, siyasi mübarizə meydanında, seçki mübarizəsindən uzaqlaşıblar. İndinin özündə də bu proses özünü aydın şəkildə göstərir. Baxmayaraq ki, gələn il ölkədə əsas seçki mübarizəsi, prezident seçkiləri olacaq, amma hələ də müxalifət düşərgəsi seçki hazırlıqları istiqamətində hərəkətə belə keçmək istəmir. Düzdür, hələlik seçkilərə rəsmi start verilməyib və bu prosesin başlanması gələn ilin ortalarından sonra müşahidə ediləcək. Amma ortada olan mənzərə ondan ibarətdir ki, müxalifət partiyaları qeyri-rəsmi formada belə prezident seçkiləri barədə düşünmürlər. Bu isə müxalifətin seçki məğlubiyyəti ilə indidən barışdığı görüntüsünü yaradır.

Onu da qeyd etmək yerinə düşər ki, müxalifət düşərgəsində mövcud olan bu mənzərə, ab-hava heç də bütün siyasi qüvvələr, partiya və birliklər tərəfindən normal qəbul edilmir. Bəzi partiyalar mövcud situasiyanın dəyişilməsini, müxalifətin toparlanmasını, siyasi mübarizə meydanına atılmasını zəruri və vacib hesab edirlər. Elə Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da bu qənaətdədir. Sözügedən partiyanın rəsmisi Məhəmməd Əsədullazadə deyir ki, hər bir ölkənin ictimai-siyasi sektorunda siyasi muxalifət partiyaları mühüm rol oynayır və hakimiyyətə gəlmək üçün prinsipial, svil mübarizə metodu və regionlarda təşkilatlanmaqla iş aparır. Onun sözlərinə görə, ölkəmizdə iyirmi ildən artıqdır ki, davam edən ənənəvi muxalifət isə ana muxalifət uğrunda, həmçinin iqtidarla taktikasız "mübarizəsi" nəticəsində məğlubiyyətə uğrayıb və xalqın etimadını itirib: "Göründüyü kimi, hələ də bu uğursuz siyasəti davam etdirən ənənəvi muxalifət, yeni siyasi imkanların yaradılmasının qarşısın almağa çalışır. Fikir versək, görərik ki, regionlarda əhali ənənəvi muxalifətin adı gələndə siyasətə qarşı inamsızlıq sindiromuna düçar olur. Və, tam siyasi proseslərdən ayrılmaqla, biganəlik göstərir". AXCP rəsmisi bildirib ki, hər bir siyasi partiyanın arxasında xalq durmalıdır və partiyanın siyasi kursu xalqı ətrafında toparlamağa uyğun olmalıdır: "İndiyə kimi vətəndaşlarla aparılan siyasi işlər demək olar ki, yalnız radikal siyasət şəklində qurulub. İlk dəfə ənənəvi siyasi muxalifət partiyaya üzv olan sıravi vətəndaşa "vur" "istefa" və digər şüarlar öyrətməklə məşğul olub. Nəticədə isə bunun qorxulu tendensiya olduğunu görən vətəndaş proseslərdən çəkilir. Hər bir vətəndaşı siyasi proseslərə cəlb etmək üçün onunla svil və qanunlar çərçivəsində iş aparılmalı, vətəndaş öz siyasi taleyinə sahib çıxmaq üçün inandırılmalıdır. Təəssüflər olsun ki, bu günə kimi aparılan siyasət yalnız parçalanmağa xidmət edib. İqtidar və ənənəvi müxalifət tandemi bu siyasətin formalaşmasında birgə çalışıb". Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda vətəndaşı siyasi proseslərə cəlb etmək, siyasətin onun taleyi olduğunu inandırmaq üçün regionlarda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev görüşlərə start verib: "Qərb bölgəsinə səfəri çərçivəsində vətəndaşlarla görüşən partiya sədrinin siyasi kursu yüksək dəyərləndirilib və bu siyasətin uğurlu olacağına xalqın etimadını qazanacağına əminlik vurğulanıb. Məhz Razi Nurullayevin apardığı hazırkı siyasi kurs birləşməyə və sivil mübarizəyə əsaslanır. Bu gün regionlarda əhalinin məhz belə bir siyasətə, yeni bir siyasi qüvvəyə ehtiyacı olduğu görünür. Vətəndaşlarla aparılan siyasi maarifləndirmə işi AXCP sədri tərəfindən yüksək səviyyədə həyata keçirilir. Xalq onun etibar etdiyi və inandığı liderin arxasınca getməyə hazırdı. Təki, lider onun çağırışlarına sahib çıxsın".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31