Əhalinin sosial rifahının yüksəldilməsi dövlətin prioritet istiqamətlərdən biridir-Özəl

"Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ilə milli dövlətçilik ideyaları, xalqın iradəsi və Azərbaycanın gələcək inkişafına dair baxışlar vahid siyasi platformada ifadə olunub. Sonrakı illərdə dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu və beynəlxalq münasibətlər sahəsində həyata keçirilən ardıcıl siyasət ölkənin potensialının daha da güclənməsinə, Azərbaycanın müstəqil və dayanıqlı inkişafının təmin edilməsinə geniş imkanlar yaradıb". "Olaylar" xəbər verir ki, bunu YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev deyib: "Bu ardıcıl inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də sosial siyasətin gücləndirilməsi, əldə olunan iqtisadi imkanların vətəndaşların rifahının yüksəldilməsinə yönəldilməsidir. Qurultayda cənab İlham Əliyev tərəfindən gələn il minimum əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı fikirlərin səsləndirilməsi dövlətin sosial siyasətinin ardıcıl və davamlı xarakter daşıdığını, əhalinin sosial rifahının yüksəldilməsinin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirdi. Bu yanaşma həyata keçirilən sosial-iqtisadi siyasətin əsas məqsədlərindən birinin vətəndaşların gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsi və həyat səviyyəsinin daha da yaxşılaşdırılması olduğunu göstərir. Qəbul olunan qərar, eyni zamanda, əhalinin sosial təminat imkanlarının genişləndirilməsinə, sosial müdafiə sisteminin dayanıqlığının möhkəmləndirilməsinə və ölkədə sosial rifahın yüksəldilməsinə mühüm töhfə verən tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyır. Ölkənin siyasi, iqtisadi və sosial inkişafının bir-birini tamamlayan istiqamətlər üzrə davam etdirilməsi dövlət siyasətinin əsas hədəfinin güclü dövlət və yüksək rifaha malik cəmiyyət quruculuğu olduğunu bir daha təsdiqləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31