Bu il müsbət dinamika ilə yadda qalacaq
2014-cü ildən etibarən dünyanı ciddi şəkildə təhdid edən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı özünün inkişaf tempini davam etdirir. Düzdür, böhranın ilk illərində ölkəmiz də müəyyən mənada bundan əziyyət çəksə də, qısa zamanda həyata keçirilən antiböhran tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ən əsası qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi yönündə atılan addımlar Azərbaycanın dünyada iqtisadi sferada cərəyan edən mənfi tendensiyadan minimum şəkildə zərər görməsinə zəmin yaratdı.
3 İyul 2017 14:39 SosialTahir Mirkişili: "İqtisadi sahədə əldə edilən uğurlar və inkişafın təməlində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi islahatlar dayanır"
2014-cü ildən etibarən dünyanı ciddi şəkildə təhdid edən iqtisadi və maliyyə böhranına rəğmən Azərbaycan iqtisadiyyatı özünün inkişaf tempini davam etdirir. Düzdür, böhranın ilk illərində ölkəmiz də müəyyən mənada bundan əziyyət çəksə də, qısa zamanda həyata keçirilən antiböhran tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ən əsası qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi yönündə atılan addımlar Azərbaycanın dünyada iqtisadi sferada cərəyan edən mənfi tendensiyadan minimum şəkildə zərər görməsinə zəmin yaratdı. Ötən müddət ərzində atılan addımlar və həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlər, uğurlar fonunda bunu aydın görmək mümkündür. Ortada olan mənzərə ondan ibarətdir ki, iqtisadiyyatın bütün sahələrində artım tempi müşahidə edilir. Bu müsbət dinamika 2017-ci ilin birinci rübünün yekunlarında da özünü göstərdi. Aydın oldu ki, cari ilin birinci rübündə ölkəmiz uğurla inkişaf edib, qarşıya qoyulan bütün proqnozlar həyatda öz əksini tapıb. 2017-ci ilin birinci rübünün nəticələri göstərir ki, Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edib, bizim beynəlxalq mövqelərimiz möhkəmlənib, ölkə daxilində proseslər müsbət istiqamətdə gedib, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapıb. Çox ciddi sosial təşəbbüslər irəli sürülüb. İstər cari ilin birinci rübünün sosial iqtisadi yekunları, istər ondan sonrakı dövrdə əldə edilən nəticələr onu deməyə əsas verir ki, ümumilikdə 2017-ci il müsbət dinamika ilə yadda qalacaq və bu il də Azərbaycan iqtisadiyyatında artım, inkişaf qeydə alınacaq. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Tahir Mirkişili də bu qənaətdədir. O, bildirib ki, iqtisadi sahədə əldə edilən uğurlar və inkişafın təməlində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi islahatlar dayanır. Tahir Mirkişili bildirib ki, dövlət başçısının iradəsi ilə aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektoru davamlı inkişaf mərhələsinə qədəm qoyub: "Belə ki, 2017-ci ilin yanvar-may aylarında qeyri-neft ÜDM-i 2.3 faiz, qeyri neft sənayesi 3.9 faiz, aqrar sektorda istehsalın həcmində 2 faiz artım qeydə alınıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 1.6 milyard dollar həcmində müsbət saldo ilə yekunlaşıb. Göstərilən dövr ərzində fiskal siyasətin iqtisadiyyata müsbət təsirinə nail olunub. Belə ki, 2017-ci ilin ilk 5 ayında 6430 vahid yeni vergi odəyicisi qeydə alınıb. Aparılan kontur-tsiklik siyasətin nəticələri özünü göstərməyə başlayıb ki, bu da yeni vergi və gəlir mənbələrinin yaranmasına gətirib çıxarıb". Millət vəkili deyib ki, bütün bunların nəticələri büdcə gəlirlərinin artımında öz əksini tapıb: "Belə ki, 2017-ci ilin 1-ci rübündə büdcə gəliləri proqnozdan 3.4 faiz artıq təmin olunub. Vergi yığımları proqnozdan 3.8 faiz, gömrük rüsümları yığımları isə proqnozdan 17.5 faiz artıq təmin edilib. Təbii olaraq büdcə gəlirlərinin artması 2017-ci il büdcə layihəsinə yenidən baxılaraq gəlir və xərclərdə optimallaşdırma işlərinin aparılmasını nəzərə tutub. Yeni layihə gəlirlərin 511 milyon manat və ya 3.1 faiz, xərclərin 1 041 milyon manat, büdcə kəsirinin isə 530 milyon manat artırılmasını nəzərdə tutur. Yeni layihəyə görə büdcə gəlirlərinin formalaşmasında neft komponentinin payı 1.4 faiz azalaraq 47.4 faizə endirilib. Bu isə dəyişən neft qiymətlərinin büdcə gəlirlərinin təsirini daha da azaldacaqdır". Millət vəkili bildirib ki, büdcə xərcləri əsasən 8 bölmə üzrə paylanıb: "Təhsil sahəsinə çəkiləcək xərclər 3.2 faiz, səhiyyə sahəsinə xərclər 0.2 faiz, sosial müdafiə sahəsinə xərclər 4.4 faiz, sənaye, tikinti üzrə xərclər 7.6 faiz, iqtisadi fəaliyyət üzrə xərclər 4.1 dəfə və s artırılması planlaşdırılır. Göründüyü kimi, artan büdcə gəlirlərinin böyük bir hissəsi sosial sferaya yönləndirilməklə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hədəflənib". Millət vəkilinin sözlərinə görə, 2016-cı ildən etibarən həyata keçirilən genişmiqyaslı institusional islahatlar prosesinin müvəffəqiyyəti idarəetmə müstəvisində daha çevik qərarların qəbul edilməsi ilə təmin edilə bilər: "Bu baxımdan, həmçinin müasir dövrdə qlobal iqtisadi sistemdə davamlı dəyişikliklər səbəbindən dövlətin maliyyə sisteminin əsasını təşkil edən dövlət büdcəsinin parametrlərinə müəyyən dəyişiklilərin edilməsi zəruri addım kimi qəbul edilir".
Süleyman İsmayılbəyli