İran potensial düşmən hədəflərinin siyahısını yeniləyir-ÖZƏL
16:48 Siyasətİran ordusu bölgədəki potensial düşmən hədəfləri ilə bağlı məlumat bazasını daim yeniləyir. Olaylar.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin sözçüsü bildirib.
Onun sözlərinə görə, İranın zəruri hallarda zərbə endirə biləcəyi, o cümlədən hərbi bazaların daxil olduğu çoxsaylı hədəflər müəyyən edilib.
Sözçü qeyd edib ki, mümkün hücumların qarşısını almaq üçün İran zərurət yaranacağı təqdirdə qabaqlayıcı əməliyyatlar keçirə bilər. O, ölkəyə növbəti hücum olacağı təqdirdə İranın daha güclü, genişmiqyaslı və sürətli cavab verəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31