Gündəm

Elçin Hüseynbəyli yazır...Dilənçinin səxavəti

3 İyul 2017 14:00

Elektriçkada yol gedirdik. Bayırda çiskin yağış yağırdı. Mən belə havada başımı pəncərəyə söykəyib nostalji duyğulara qapılmağı xoşlayıram. Qatardakılar daha çox şəhər ətrafı kəndlərin adamlarıydı. Hərə bazara satmağa bir şey aparırdı. Tanışlar, qonşular bir-birilərilə söhbətə girişmişdilər. Söhbət əsasən indiki bahalıqdan, pulun dəyərini itirməsindən, adamların alıcılıq qabiliyyətinin aşağı düşməsindən gedirdi. Hər kəsin dərdi özünə bəs idi.

Malili hücumçu "Qəbələ"də

3 İyul 2017 13:57

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" daha bir futbolçunun keçidini gerçəkləşdirib.  İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan "qırmızı-qaralar" hücum xəttini legionerlə gücləndirib. Belə ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il "qırmızı-qara" forma geyinəcək.

Ermənistanda gənclər hərbi xidmətə getmək istəmirlər

3 İyul 2017 13:55

12698 nəfər Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Bu barədə Ermənistan prokurorluğunun 2016-c il üzrə fəaliyyətinə dair proqramda qeyd edilib.

Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb

3 İyul 2017 13:54

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.  

Suriyada partlayış

3 İyul 2017 13:44

Suriyanın paytaxtı Şam şəhərində yerləşən Təhrir meydanında terror hadisəsi baş verib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, hadisə zamanı 2o nəfər həlak olub. Belə ki, terrorçular 3 avtomobilə  partlayıcı qurğu yerləşdiriblər.

“Həyəcansız imtahan” konsultasiya aylığına start verib - ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ

3 İyul 2017 13:42

Qərb Universiteti abituriyentlər üçün “Həyəcansız imtahan” konsultasiya aylığına start verib. Universitetdən “Olaylar” – a bildirilib ki, universitetdə Tələbə Qəbulu Məsələlər üzrə Mərkəz yaradılıb və bu mərkəzdə abituriyentlər üçün ödənişsiz şəkildə məsləhət saatları təşkil olunur. Burada abituriyentlərə həm psixoloji konsultasiyalar verilir, həm də onları maraqlandıran bu və ya digər suallar mütəxəssislər tərəfindən cavablandırılır. “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda keçirilmiş ilk seminarda Qərb Universitetinin dosenti, İnnovasiyalar Şöbəsinin müdiri Rauf Həsənov “Doğru ixtisas seçimi”, tanınmış psixoloq Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları” və “Hədəf kursları” MMC-nin baş direktoru Şəmil Sadiq “Motivasiya və özünə inam” mövzularında təqdimatlar ediblər.

Türkiyədə terror

3 İyul 2017 13:40

Türkiyənin Van vilayətinin Çaldıran mahalında PKK terror qruplaşması tərəfindən növbəti terror aktı törədilib. Hadisə nəticəsində bir mühafizəçi şəhid olub, digəri yaralanıb.

Tərk edilən uşaqların anası axtarılır

3 İyul 2017 13:38

 İyulun 1 – də  Bakı şəhər Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfinən Nəsimi rayonu ərazisində yol kənarında, atılmış olaraq 3 uşaq aşkarlanmışdı. Uşaqlar Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinə yerləşdirildikdən sonra polis əməkdaşları uşaqların analarının axtarıldığını elan edib. Şəkildəki  qadını görən,tanıyan,bilən varsa sığınacağın qaynar xəttinə (0125113409; 0554660806) məlumat verilməsi xahiş olunur. Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli “Olaylar” – a açıqlamasında bildirib ki, uşaqlar sığınacağa yerləşdirildikləri gün Ağsu rayon Polis Şöbəsinə, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektora hadisə ilə bağlı məlumat verdim.

Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir

3 İyul 2017 13:33

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Regional Mədəniyyət və Turizm idarəsinin birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyində “İslam Həmrəyliyi İli” ilə bağlı “Müasir gəncliyin tərbiyəsində İslamın rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, “Asan xidmət”in könüllülər qrupu və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məşhur aktyor  vəfat etdi

3 İyul 2017 13:32

Məşhur İtaliya aktyoru, ssenarist və rejissor 85 yaşlı Paola Villaggio Roma şəhərində yerləşdirildiyi xəstəxanada vəfat edib. Bu haqda sənətkarın qızı Elizabetta facebook sosial şəbəkəsindən məlumat yayıb.

Yunus Oğuzdan Möminə Xatun və Atabəy Eldəniz haqqında möhtəşəm tarixi roman

3 İyul 2017 13:27

Yazıçı – publisist Yunus Oğuzun yeni tarixi romanı dərc edilib. Roman Azərbaycan Atabəylər dövlətinin əsasını qoyan Atabəy Eldənizdən və onun xanımı Möminə Xatundan bəhs edir.

Müğənninin 5 minlik başmaqları OLAY OLDU

3 İyul 2017 13:24

Hər zaman cəsarətli açıqlamalar verən Demet Akalın bu dəfə başmaqları ilə gündəmə gəlib. Müğənni dünən Şiledə konsert poroqramı ilə çıxış edib. O, mahnı oxuduğu yerdə atəşfəşanlıqdan narahat olub. Musiqini yarıda kəsən Akalın "Mahnını oxuya bilmirəm, mən getdikdən sonra partladarsınız", - deyə şikayət edib.

Ermənistanın ictimai-siyasi və hərbi-siyasi rəhbərliyinin yalanları tükənib

3 İyul 2017 13:21

Digər tərəfdən, bir sıra ciddi və nüfuzlu beynəlxalq təşkilatların Qarabağda yenidən müharibənin başlaması və Azərbaycanın işğal altındakı torpaqlarını azad edəcəyinə dair verdikləri real analizlərə gəldikdə isə, Akopyan iddia edib ki, şəxsən həmin analizlərlə tanış deyil və s. Göründüyü kimi, ermənilərn ictimai-siyasi və hərbi-siyasi dairələrinin ortada məğlubiyyət faktları ola-ola, o cümlədən, həmin faktların reallaşması ehtimallarının yenidən gündəmə gəlməsinə rəğmən nala-mıxa döyəcləmələri əslində heç nəyi dəyişmir.

Yaşı 18-dən az olan qızların sünnət olmaq istəyi - Qorxulu statistika

3 İyul 2017 13:20

İngiltərənin Milli Səhiyyə xidmətindən ( NHS ) verilən statistika dəhşətə gətirib. 200-dən çox qadın cinsiyyət orqanını əməliyyat etdirmək üçün həkimlərə müraciət ediblər. Onların 150-sinin yaşı 15-dən azdır. Hətta, yaşı 9-11 arası olanlar üstünlük təşkil edir.

"Şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı müzakirə aparılır" - Nazirlik

3 İyul 2017 13:17

Təhsil Nazirliyində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı ayrı-ayrı mütəxəssislərin iştirakı ilə müzakirələr aparılır. Bu barədə nazirlikdən bildirilib.