Gündəm
Erməni hərbçi qəzaya düşdü: ölən və yaralı var
İrəvan-Yeresxavan magistralının 37-ci kilometrliyində Kiçik Vedi kəndinin ərazisində ağır yol qəzası baş verib. Araqatsodi vilayətinin Oşakan kənd sakini 26 yaşlı Mkrtıç Qahramanyan idarə etdiyi "35 DA 817" nömrəli "Volkswagen" Golf markalı avtomobil aşıb. Qəza nəticəsində sürücü M.Qahramanyan, sərnişin 24 yaşlı Armine Mnatsakanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Vedi tibb mərkəzinə yerləşdiriliblər. Məlumata görə, 2 yaşlı Artaşes Qahramanyan hadisə yerində ölüb. Hadisə şahidlərinin bildirdiyinə görə, uşağın cəsədi maşından təxminən 25 metr aralıda aşkar edilib.
Xalq artistinin dəfni niyə gecikir? - Nazirlikdən açıqlama
Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar Xumar Zülfüqarovanın dəfni ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriVüqar Şixməmmədov bildirib ki, mərhum sənətkarla vida mərasimi onun yaşadığı evində baş tutacaq: "Yas mərasimində nazirliyin əməkdaşları və rəqs kollektivləri iştirak edəcək".
İstanbulda polislə atışma: yaralılar var
Türkiyənin İstanbul şəhərində atışma olub. 5 nəfər Sancaqtəpə rayonunda siqaret daşıyan avtomobili qarət etməyə cəhd edib. Hadisə yerindəki polis əməkdaşları ilə soyğunçular arasında atışma olub. Qarətçilərdən 4-ü yaralı vəziyyətdə ələ keçirilib.
Sahibkarlar icra başçısını müdafiə etdilər VİDEO
Hörmətli redaksiya , bu yaxınlarda təsadüfən Sumqayıtdakı “Şərq bazarı”nın keçmiş bazarkomu Rəşid Babayevin Kanal24 İnternet Televiziyasına aşıqlamasına baxdım və qərara aldım ki, bu barədə fikirlərimi bildirim.
Odessada azərbaycanlılarla əfqanlar arasında atışma olub
Ötən gün axşam Odessada Azərbaycan və Əfqanıstan vətəndaşları arasında atışma olub. Atışmanın səsi şəhərin Azadlıq meydanında eşidilib. Bildirilir ki, tərəflərin münasibətlərinin aydınlaşdırması sonda atışma ilə nəticələnib. Xəsarət alanlar barədə məlumat verilmir.
"Barselona" müdafiəçisini "Sportinq"ə satdı
"Barselona"nın yollarını ayırdığı daha bir futbolçunun adına aydınlıq gəlib. Mərkəz müdafiəçisi Ceremi Matyu karyerasını Portuqaliyada davam etdirəcək. Türkiyə klublarının da maraq dairəsində olan 34 yaşlı futbolçu "Sportinq"lə anlaşıb. Fransa millisinin sabiq üzvü münasibətləri rəsmiləşdirmək üçün artıq Portuqaliyaya yollanıb. Transfer məbləği və futbolçunun müqavilə müddəti ilə bağlı yaxın günlərdə rəsmi məlumat veriləcək.
Qriqorçuk rəmzi yığmasını açıqladı - Messi kənarda qaldı
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna televiziyasına görmək istədiyi "11-liy"i açıqlayıb. Təcrübəli çalışdırıcı rəmzi komandasına "Barselona"nın argentinalı ulduzu Lionel Messini daxil etməyib.
Tramp Putinlə görüşdə nələri müzakirə edəcək? - Ağ Ev AÇIQLADI
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı əsasən Suriya və Ukraynadakı vəziyyətin müzakirəsinə diqqət ayırmağı planlaşdırır. Bu haqda Ağ Ev administrasiyasının anonim mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb. Telekanalın mənbələri bildirib ki, Tramp Putinlə Suriya prezidenti Bəşər Əsədə Moskvanın dəstəyini, həmçinin Rusiyanın Ukraynadakı hərəkətlərini müzakirə etmək istəyir. Ancaq görüşün əsas məsələsi Suriya mövzusu olmalıdır.
Yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ: ölənlər var
Dağıstanda yanacaqdoldurma məntəqələrinin birində sisternin partlaması nəticəsində iki nəfər həlak olub. Partlayış yanacaqdoldurma məntəqəsində təmir işləri aparılan zaman baş verib. Partlayışdan sonra məntəqədə güclü yanğın başlayıb.
Coğrafiya İnstitutu: Qızmar hava çaylarda suyun azalmasına səbəb olacaq
“Bu il iyul ayının əvvəlindən başlayaraq Azərbaycanda havanın temperaturu digər illərin müvafiq günlərinə nisbətən 1-2 dərəcə yüksəkdir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Almaniyada dəhşətli qəza: 17 ölü
Almaniyada dəhşətli qəza baş verib. Almaniyanın Bavariya şəhərində sərnişin avtobusu yük maşını ilə toqquşub. Almaniya mediasının verdiyi məlumata görə, 31 nəfər ağılr yaralanıb. Hadisə yerində olan polislərin dediyinə görə, avtobusda 48 sərnişin olub.
Azər Həsrət: “Müdafiə tədbirlərini daim təkmilləşdirməliyik”
“Əgər hazırda ABŞ kimi supergüc bu hücumların qarşısında acizdirsə, Azərbaycanın, yaxud başqa bir dövlətin sığortalanmasından söhbət gedə bilməz”. Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət deyib.
FETÖ üzvləri xristianlığı qəbul edirlər
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ FETÖ terror təşkilatı üzvlərinin xristian dinini qəbul etmələri haqqında açıqlama yayıb. B.Bozdağ Amerika Birləşmiş Ştatlarına terror təşkilatı ilə bağlı xəbərdarlıq da edib. Nazir bildirib ki, FETÖ terror təşkilatı üzvləri xristian adları qəbul edərək xristian təriqətlərinə daxil olurlar. Həmin təriqətlər daxilində güclənib, öz təşkilatlarını möhkəmləndirirlər. Fəaliyyət göstərdikləri ölkələrin mətbuatına, vəzifəli şəxslərinə milyonlarla dollar rüşvət verib Türkiyə əleyhinə və özlərinə lazım olan formada rəylər verilməsini istəyirlər.
Zori Balayanın Bakı TERRORU: Anasını girov götürdülər, özünü Azərbaycana göndərdilər...
1994-cü ilin 3 iyul tarixində Bakı metrosunda törədilən terror aktından 23 il ötür. İki onillikdən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycana qafrşı erməni terroru davam edir. Terror nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı. İstintaq araşdırmalarında məlum olur ki, terror aktını Azərbaycan vətəndaşı Azər Aslanov həyata keçirib. Aslanov Moskvada saxlanılaraq, Azərbaycana ekstradisiya olunur. 1988-ci ildə A.Aslanov istintaqa ifadəsində bildirir ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülüb.
"Peşə məktəblərinin infrastrukturu bərbad haldadır" - Direktor
Peşə Təhsili üzrə Dövlət Agentliyi 20 aprel 2016-cı ildə ölkə başçısı cənab İlham Əliyevin müvafiq fərmanı əsasında yaradılıb. Agentliyin fəaliyyəti ölkədə ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili və əlaqələndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunmasının təmin edilməsindən ibarətdir. Əslində bu gün peşə təhsili sahəsində aparılan islahatlar ümumilikdə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Nəzərinizə çatdırım ki, əvvəllər bu sahə Təhsil Nazirliyində bir şöbə çərçivəsində idarə olunurdu.



.jpg)










