Xalq artistinin dəfni niyə gecikir? - Nazirlikdən açıqlama
Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar Xumar Zülfüqarovanın dəfni ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriVüqar Şixməmmədov bildirib ki, mərhum sənətkarla vida mərasimi onun yaşadığı evində baş tutacaq: "Yas mərasimində nazirliyin əməkdaşları və rəqs kollektivləri iştirak edəcək".
3 İyul 2017 13:07 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar Xumar Zülfüqarovanın dəfni ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriVüqar Şixməmmədov bildirib ki, mərhum sənətkarla vida mərasimi onun yaşadığı evində baş tutacaq: "Yas mərasimində nazirliyin əməkdaşları və rəqs kollektivləri iştirak edəcək".
Vüqar Şixəmmədov Xumar Zülfüqarovanın doğmalarının münasib bildiyi qəbiristanlıqda dəfn olunacağını deyib. Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, Azərbaycan rəqqasəsi, baletmeyster, Dövlət Rəqs Ansamblının yaradıcısı, xalq artisti, "Şöhrət" ordenli Xumar Zülfüqarova iyulun 2-də dünyasını dəyişib. Mərhumun nəvəsi Eldar Zülfüqarov sənətkarın meyitinin dəfn olunmamasına görə, Mədəniyyət və Turizm Nazirliyini günahlandırıb: "Çox pis olduq, sənətkara belə qiymət verərlər?! Bizə deyiblər, gözləyin xəbər verəcəyik. Amma yay vaxtıdır, meyiti evdə saxlamaq olmur. İynə də vurmuşuq, amma daha o da kömək olmur bu istidə", - bildirib. Aznews.az