Gündəm

Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

3 İyul 2017 12:13

Bu günlərdə polis tərəfindən saxlanılan jurnalist Elçin Zahiroğlu sərbəst buraxlıb. Bu barədə onun yaxınları sosial şəbəkədə xəbər paylaşıblar. Xəbər verdiyimiz kimi, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Hava da çox istiləşərsə...

3 İyul 2017 12:11

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Əmək  Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.

Astarada turizmin inkişafına gətirib çıxaracaq yeni yollar salınır  

3 İyul 2017 12:10

Bu il reallaşdırılan 40 avtomobil yolu layihəsindən biri də Astara rayonunda icra olunur. Söhbət Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisindən gedir. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu “Hirkan” Milli Parkının ərazisindən keçir.

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

3 İyul 2017 12:09

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 4-də Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.

Ermənilər mövqelərimizə 24 mərmi atıb

3 İyul 2017 12:08

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da (24 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Arzu Rəhimov Ucarda vətəndaşları qəbul edəcək

3 İyul 2017 12:07

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xidmətin Ucar rayon şöbəsində vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, iyulun 20-də baş tutacaq qəbulda Bərdə, Ağdaş, Ucar, Göyçay, Tərtər, Zərdab və Yevlax rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 17.07.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Əli Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü

3 İyul 2017 12:06

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin IV qurultayında seçilmiş Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Partiyadan “OLAYLAR”-a bildirilib ki. iclasda ölkədəki ümumi vəziyyət, təşkilati məsələ, IV Qurultayda qəbul edilmiş qərarların icrasına yönəlik fəaliyyət, VİP-in 2018-ci ildə keçiriləcək Prezident seçkilərində iştirakı və cari məsələlərə baxılıb.

Diqqət! Pensiya alanlara şad xəbər! İyulun 1-dən...

3 İyul 2017 12:04

"Əmək pensiyaları haqqında" qanunun digər detallarını da açıqlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, bu məqsədlə hər bir şəxsin fərdi hesabı açıq saxlanılacaq və ora vəsait köçürmək mümkün olacaq. Nazir bildirib ki, qulluq stajına görə əlavələrin alınması üçün tələb edilən illərin sayı əvvəl 5 ildən 15 ilə qədər idisə, iyulun 1-dən qüvvəyə minəcək "Əmək pensiyaları haqqında" qanuna əsasən, bu rəqəm 15 ildən 25 ilədək artırılıb. Həmin əlavə məvacibin 80 faizindən 50 faizinə endirilib.

124 nəfərlik "Arabo" batalyonunun məhvi- 15 yaşlı kəşfiyyatçı danışır

3 İyul 2017 12:01

Arabo batalyonunun məhvindən 25 il ötür. Düzdür, Birinci Qarabağ müharibəsində məğlub olmuşuq. Ancaq Qarabağ müharibəsi zamanı elə əməliyyatlar olub ki, onun haqqında danışmasan, yazmasan olmaz. Çünki, o məğlubiyyətləri düşmən tərəfi hələ də həzm edə bilmir.

Moskvada 300 metr dərinlikdə, 10 min adamlıq bunkerlər niyə tikilib?

3 İyul 2017 11:59

Rusiya paytaxtında 300 metr dərinlikdə 10 minə qədər adamın yerləşə biləcəyi yeraltı bunkerlər tikilib.

Nigar Diananı yıxıb-sürüdü: "Gedib klublarda oxusun"

3 İyul 2017 11:57

“Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun”. Bu sözləri “Eurovision 2011” müsabiqəsinin qalibi Nigar Camal “ATV maqazin onlarla” verilişində deyib. 

Faciəvi şəkildə ölən 21 yaşlı Hüseynin FOTOsu - Səbinənin meyiti hələ tapılmayıb

3 İyul 2017 11:55

2 gün əvvəl Xəzər dənizinin Suraxanı rayonuna düşən sahilində - Hövsandakı çimərlikdə suda boğulan 21 yaşlı Hüseyn Rəhimovla bağlı bəzi məqamlar üzə çıxıb. Yaxınları bildiriblər ki, Hüseyn Rəhimov hadisə vaxtı yanındakı qızı xilas etməyə çalışıb və bu səbəbdən də boğulub. Belə ki, gənc oğlan yeni tanış olduğu qızla dənizdə olarkən onun boğulduğunu görüb və kömək etməyə çalışıb. Bu zaman yaxınlıqdakı şəxslərdən biri Hüseyndən yapışaraq xilas edib. Lakin gənc oğlan qızın boğulduğunu görüb, növbəti dəfə ona tərəfə gedib və bu zaman onların ikisi də boğulub.

Qızmar hava davam edəcək

3 İyul 2017 11:51

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək. ETSN-dən verilən məlumatına görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz  34-39° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək. 

Hadisə: "Özümə rəqib görmürəm"

3 İyul 2017 11:48

Müğənni Hadise "Şampiyon" albomunun ilk tanıtım konsertini Bodrumda verib. Konsertdən əvvəl müsahibə verən ifaçı "Bu yay çox albom çıxdı, amma özümə rəqib görmürəm. Bu günədək çıxardığım ən yaxşı albomumdur" deyib. Hadisə şəxsi həyatından da danışıb: 

Mosulda qalan İŞİD-çilərin sayı açıqlandı

3 İyul 2017 11:47

İraqın Mosul şəhərində qalan İŞİD terrorçularının sayı 200-dən artıq deyil. Bunu İraq ordusunun general-leytenantı Raid Şakir Cevdet deyib.