Gündəm
Qəndab Quliyevanın qızı Canəli Əkbərovun YALANINI üzə çıxardı
Xalq artistləri Arif Babayev və Mənsum İbrahimovun həmkarları Qəndab Quliyevanın dəfn mərasimində iştirak etməməsiylə bağlı iddialara mərhum sənətkarın qızı Mərziyyə Həmidova cavab verib.
Qəbələdə Qafqazın ən qədim qəlibi tapıldı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya may və iyun aylarında Qəbələ beynəlxalq aeroportu ərazisində xalkolit dövrünə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində arxeoloji qazıntı işləri aparıb.
Rusiyada 6 nəfər göldə boğuldu
Rusiyanın Çelyabinsk vilayətində 6 nəfər göldə boğulub, daha bir nəfər itkin düşüb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Prosineçki "Bursaspor"a qorxaq kimi getmək istəməyib
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın vecernji.hr saytına geniş müsahibə verib. Dünya futbol tarixi ilə bağlı sualları cavablandıran 48 yaşlı mütəxəssis "Bursaspor"dan gələn təklifi qəbul etməməyinin səbəbini də açıqlayıb.
BQXK-nın nümayəndələri Bakıda əsir düşmüş erməni hərbçini ziyarət edib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndə heyətinin təmsilçiləri əsir düşmüş erməni hərbçi Zaven Karapetyanı ziyarət edib. Bu barədə BQXK-nın Yerevan nümayəndə heyətinin kommunikasiya proqramları rəhbəri Zara Amatuni bildirib.
Aygün Kazımova arıqlayıb belə oldu
Bu il səhnə fəaliyyətinin 30 illiyi tamam olan Xalq artisti Aygün Kazımova arıqlamağa davam edir. Müğənni yaradıcılığının 30 illiyi münasibətilə sentyabr ayının 22-i Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək.
Politoloq: “Mübarizə yollarından biri kiber polisinin yaradılmasıdır”
“Biz tez -tez dövlətlərin nazirlər kabinetlərinin, dövlət administarsiyalarının, bank sistemlərinin elektron məlumat və idarəetmə mərkəzlərinin kiberhücumlar nəticəsində çökməsi halları ilə rastlaşırıq. Bu sayaq hücumlardan hətta informasiya texnologiyaları sahəsində inkişaf etmiş və bu sahədə xüsusi nailiyyətləri olan dövlətlər də sığortalanmayıblar”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
ABŞ-da insanlara atəş açıldı: yaralılar var
ABŞ-ın Nyu Cersi ştatının Cersi şəhərində naməlum şəxs insanlara atəş açıb. Hadisə nəticəsində ən azı 4 nəfər yaralanıb. Yaralılar arasında 10 yaşlı oğlan və 12 yaşlı qız uşağının olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Politoloq: “Dondurulmuş münaqişə həmsədrlər üçün yaxşı variantdır”
ATƏT-in Minsk Qrupunun həmsədrləri mütəmadi olaraq regiona səfər edərək fəaliyyətdə olduqlarını göstərmək istəyirlər. Çünki onlar da fəaliyyətləri haqqında qeydlər aparmalıdırlar”. Bunu politoloq Zaur Məmmədov deyib.
MTRŞ: Şou verilişlərinin səviyyəsi bizi narahat edir
"Şou proqramlar televiziya yaradıcılığında əsas janrlardandır. Bu səpkidə verilişlərin kütləviliyi normaldır, xüsusilə özəl kanallarda. Lakin əlbəttə ki, şou verilişlərin səviyyəsinin aşağı olması bizi də narahat edən məsələdir". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Maradona Rusiya vətəndaşı olmaq istəyir
Argentina futbolunun ulduzu Dieqo Maradona Rusiya vətəndaşlığı almağı düşünür. Bu barədə "Sovetskiy sport" xəbər yayıb. Məlumatda qeyd olunur ki, 58 yaşlı futbol əfsanəsi "Rusiya futbolu sevir" hərəkatı çərçivəsində ölkəyə səfər edib və Konfederasiyalar Kubokunun finalını izləyib.
Xalq artisti vəfat etdi
Azərbaycan Xoreografiyasının korifey sənətkarı, xalq artisti Xumar Zülfüqarova vəfat edib. Bu barədə Azərbaycan Rəqs Assosiasiyasından məlumat verilib. Məlumata görə, Z.Zülfüqarova 90 yaşında dünyasını dəyişib.
Goranboyda qohumlar əlbəyaxa oldu: qayınata və kürəkən xəsarət aldı
Goranboy rayonunda kütləvi dava olub, xəsarət alanlar var. Kütləvi dava Alacalı kəndində qohumlar arasında baş verib. Hadisə zamanı xəsarət alanlar qayınata və kürəkən olub. Belə ki, davadan sonra qarşı tərəf maşını onların üstünə sürüb. Eyni zamanda, qarşı tərəfdən iki nəfər üz və baş nahiyələrindən xəsarət alıblar. Onlar ambulator müayinədən sonra evə buraxılıblar.
Türkiyədə azərbaycanlı adı altında gizlənən ermənilər - GİZLİ FAKTLAR ORTAYA ÇIXDI
Türkiyənin əsasən Azərbaycan əsilli türklərin yaşadığı Qars və İğdır bölgəsində azərbaycanlı adı altında gizlənən ermənilərin illər boyunca fəaliyyət göstərdiyinə dair məlumatlar ortaya çıxıb.
Pakistanda sərnişin avtobusu yandı - 6 ölü, 25 yaralı
Pakistanın Pencab əyalətində sərnişin avtobusu yanıb. Hadisə nəticəsində 6 nəfər həlak olub, 5-nin vəziyyəti ağır olmaqla 24 nəfər xəsarət alıb.














