Gündəm

Bakıda avtomobil təmiri sexi yandı

2 İyul 2017 22:43

Bakıda yanğın hadisəsi qeydə alınıb. Bakının Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 50 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Kürdə batan polislərdən birinin meyiti tapıldı YENİLƏNDİ

2 İyul 2017 22:41

Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb. Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qaçqın düşərgəsində partlayış 

2 İyul 2017 22:38

İraqın Ramadi şəhərində qaçqın düşərgəsində partlayış baş verib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilib. “Əl-Ərəbiyə” telekanalı partlayış nəticəsində 14 nəfərin öldüyü barədə məlumat yayıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

“Sevgisizlik” Qran – pri qazandı

2 İyul 2017 11:26

Rusiyalı rejissoru Andrey Zvyaginsevin  "Sevgisizlik"  filmi Münhen Beynəlxalq Film Festivalında Qran-pri qazandı. Bu barədə istehsalçı şirkətə və  "Qeyri-Stop Production" – a  istinadən RİA "Novosti" məlumat verib. "Belə bir belə bir əhəmiyyətli film festivalında  filmimizn uğur qazanmasına  çox sevindik” –deyə,  filmin prodüsseri  Aleksandr Rodnyanski bildirib.

19 silahlı məhv edildi

2 İyul 2017 11:20

Meksikanın Sinaloa ştatında polislə silahlı şəxslər arasında atışma olub. Polis əməkdaşları silahlı şəxslərin rəqabət apardıqları digər cinayətkar dəstənin iki üzvünü öldürərkən hadisə yerinə gəliblər.

1 nəfər Xəzərdə batdı

2 İyul 2017 11:18

Xızı rayonunun Şurabad qəsəbəsində dənizdə 1 nəfər batıb. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Helikopter qəzaya uğradı

2 İyul 2017 10:46

Türkiyənin qərbində yanğınsöndürən helikopteri su anbarı yaxınlığında qəzaya uğrayıb. Helikopter İzmirdə meşə yanğınlarının söndürülməsi əməliyyatı çərçivəsində su çəni dolduran zaman qəzaya uğrayıb.

PKK-nın 23 üzvü zərərsizləşdirildi

2 İyul 2017 10:43

Türkiyədə keçirilən antiterror əməliyyatları çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətində iyunun 12-dən bu günə kimi PKK-nın 23 terrorçusu zərərsizləşdirilib. Bununla bağlı vilayət rəhbərliyi məlumat yayıb. Xəbərdə qeyd olunur ki, "F-16" təyyarələri ilə Herekol dağları ərazisinə endirilmiş zərbə nəticəsində 9 terrorçu məhv edilib. Onların mövqeləri kəşfiyyatçı Pilotsuz Uçuş Aparatı ilə müəyyən edilib.

Gəncədə ər arvadını döyərək xəstəxanalıq etdi

2 İyul 2017 10:40

Gəncədə 22 yaşlı qadın əri tərəfindən döyülüb. Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Leyla Meyvulla qızı Məmmədova mübahisə zəminində həyat yoldaşı tərəfindən döyülüb. Kəllə-beyin travması alan qadın yaxınları tərəfindən hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan qadının vəziyyətinin sabit olduğu bildirilib.

Yəməndə vəba epidemiyası

2 İyul 2017 10:38

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Yəməndəki nümayəndəsi Neqio Zaqaria bu ölkədə vəba epidemiyasının 1500 nəfərin həyatına son qoyduğunu bildirib. Dünya Bankının YUNİSEF-lə birllikdə keçirdiyi konfransında çıxış edən Zaqarianın sözlərinə görə, hazırda ölkədə 264 min vəbaya yoluxma qeydə alınıb. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Yəməndə fövqəladə hallar üzrə baş məsləhətçisi Əhməd Zuiten epidemiyanın ölkədə 1400 nəfərdən çox insanın həyatına son qoyduğunu xəbər verib. Onun sözlərinə görə, Yəməndə iki ildən arrtıq davam edən aktiv hərbi əməliyyatlar səbəbindən ölkədəki infrastrukrutun dağılması ölkədə vəba epidemiyasının yaranmasına şərait yaradıb.

Sürücü 7 yaşlı piyadanı vurub qaçdı

1 İyul 2017 22:57

Gəncə şəhərində 7 yaşlı piyadanı maşın vurub. Hadisə şəhərin Avtozavod qəsəbəsinə gedən yolunda baş verib. Yolu keçmək istəyən Gəncə sakini, 2010-cu il təvəllüdlü, Bədəlli Ülvi Novruz oğlunu maşın vurub. Onun hansı avtomobil tərəfindən vurulması hələlik məlum deyil. Ü.Bədəllini yaxınlıqdan keçən başqa bir avtomobilin sürücüsü Gəncə şəhər 2 nömrəli Uşaq Xəstəxanasına aparıb.