Gündəm

Naxçıvanda hərbi təlimlər başladı

1 İyul 2017 21:52

Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki xüsusi təlimlərinə başlanılıb. Zenit raket, zenit raket artilleriya və Hava Hücumundan Müdafiə Qoşunlarının digər xüsusi bölmələrinin də cəlb olunduğu təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb. Motoatıcı bölmələrin yerdəyişməsi zamanı onların hava hücumundan müdafiəsini təmin edən hava hücumundan müdafiə bölmələri marş keçirərək təyinat rayonlarına çıxarılıb, atəş və start mövqeləri tutulub.

Qətər ərəb ölkələrinin tələblərini rədd etdi

1 İyul 2017 21:50

“Qətər hakimiyyəti əmirliklə münasibətlərin bərpası üçün ərəb ölkələri tərəfindən irəli sürülmüş tələblərin siyahısını rədd edir”. Bu haqda Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni deyib. “Biz tələblərin siyahısını rədd edirik və uyğun şərtlərlə dialoqa hazırıq”, - o bildirib. Onun sözlərinə görə, tələblərin hədəfi Qətər üzərində nəzarət mexanizminin qurulmasına yönəlib və beynəlxalq hüquqa ziddir. Nazir ultimatumlardan qorxmadığını və tələblərin yerinə yetirilməsi üçün verilən müddətin bitməsindən sonra istənilən mənfi nəticələrə qarşı durmağa hazır olduğunu vurğulayıb. “Blokadada iştirak edən ölkələr tərəfindən qəbul edilmiş ölçülər kollektiv cəzadır. Beləliklə, tələblərin siyahısı onların rədd edilməsi üçün formalaşdırılıb”, - diplomat əmindir.

"Nar bağı" Beynəlxalq festivalda

1 İyul 2017 21:48

İyunun 30-u 52-ci Karlovı Varı Beynəlxalq Film Festivalının təntənəli açılışı olub.  Azərbaycan festivalda “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” kino şeirkətinin birgə istehsalı olan “Nar bağı” filmi ilə təmsil olunur. Film bu gün “Qərbin Şərqi” proqramının açılış mərasimində təqdim olunacaq.

Tarixi abidələrimiz  “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb

1 İyul 2017 21:44

İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələr - Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi bu il də “Tripadvisor”un “Certificate of Excellence 2017” (“Mükəmməllik Sertifikatı 2017”) mükafatına layiq görülüb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən  bildirilib ki, dünyanın ən nüfuzlu və on milyonlarla istifadəçi auditoriyası olan turistik internet portalı “Tripadvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır. 2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən olan milyonlarla “Tripadvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı “TripAdvisor”un təqdim etdiyi ali mükafatdır.

“Hədiyyə” “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalında

1 İyul 2017 21:41

Gənc rejissor Emin Əfəndiyevin “Hədiyyə” bədii filminin beynəlxalq təqdimatı İtaliyada baş tutacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Olaylar"- a bildirilib ki, film “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalına dəvət alıb. “Hədiyyə” filmi festivalın əsas proqramında yer alıb. Festival iyulun 3-4-də Salerno şəhərində keçiriləcək. “Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Putin Moskvanın sökülməsinə göstəriş verdi

1 İyul 2017 21:37

Rusiya prezidenti Vladimir Putin "Xruşovka" layihəli binaların sökülməsi və sakinlərinin yeni binalara köçürülməsini nəzərdə tutan qanunu imzalayıb. Sənəd rəsmi internet portalında dərc olunub. Federasiya Şurasında iyunun 28-də qəbul edilən qanun layihəsini 147 senator dəstəkləyib. Sənədə görə, sökülməsi nəzərdə tutulan binalar doqquz mərtəbədən yuxarı deyil.

3 uşaq nənələri tərəfindən atıldı

1 İyul 2017 20:26

 İyulin 1- də 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif akiflinin “Olaylar” – a verdiyi məlumata əsasən uşaqlar bu gündən qida, tibbi müayinə, yaşayış yeri və geyimlə təmin ediliblər. “Həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.”

"İki yad adam" filmi Tbilisidə

1 İyul 2017 20:03

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Socar Georgia-nın dəstəyi ilə görkəmli yazar Mir Cəlal Paşayevin "Kəmtərovlar Ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" filminin nümayişi baş tutub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişindən sonra Socar Georgia-nın rəhbəri Mahir Məmmədov, eləcə də səfərdə iştirak edən filmin yaradıcı qrupunun üzvləri, layihə rəhbəri Hüseyn Cavadzadə və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər. Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub.

Milli Parkının ərazisində yanğın

1 İyul 2017 20:00

Bu gün Şirvan Milli Parkının ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Olaylar" - a  verilən məlumata görə, yanğın "Salyanoyl" şirkətinin istifadəsində olan ərazidən 2 yük maşını keçdikdən sonra qeydə alındığından əraziyə alovun məhz nəqliyyat vasitələrindən düşdüyü ehtimal olunur. Dərhal əraziyə cəlb olunmuş ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğın tez bir zamanda lokallaşdırılıb və 15-30 radələrində tam söndürülüb. Yanğın nəticəsində yalnız 0,7 hektar ərazidə quru ot örtüyü və kollar yanıb, heç bir ağaca ziyan dəyməyib.

17 nəfər  yaralandı

1 İyul 2017 19:57

ABŞ-ın Arkanzas ştatında gecə klubunda atışma baş verib. “Foks Nyus”telekanalı polisə istinadən ən azı 17 nəfərin yaralandığını bildirib. Onlardan birinin vəziyyəti kritikdir. KİV-in məlumatına görə, zərərçəkənlərdən ən kiçiyinin 16 yaşı var.

ABŞ Konqresində Rusiya ilə bağlı YENİ QANUN

1 İyul 2017 19:55

ABŞ Konqresində Amerika hərbi qulluqçularının sosial şəbəkələrdə “Rusiya təbliğatından” müdafiəsi haqqında qanun layihəsinə baxılacaq. Bu təşəbbüslə Demokratlar Partiyasından olan senator Elizabet Uorren çıxış edib. Publika.az

"Ara qarışdırmaq istəyənlərin kimlər olduğunu bilirik”

1 İyul 2017 17:32

"Hacı Cavad" məscidinin Abdulla Şaiq küçəsi -79 ünvanındakı yeri ibadət üçün olduqca əlverişsiz idi və münasib deyildi, amma yeni ünvanda tikilən məscid bütün standartlara cavab verir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, "Hacı Cavad" məscidi ilə bağlı müvafiq komissiyanın üzvü hacı Fuad Nurullayev deyib. O bildirib ki, Abbas Mirzə Şərifzadə-1 ünvanında tikilən məscidin bir il ərzində istifadəyə veriləcəyi gözlənilir: "Yeni ünvanda tikilən məscid Azərbaycan prezidenti tərəfindən möminlərə ən böyük hədiyyələrdən biri hesab olunmalıdır. Mən bu işin içindəyəm və komissiyada QMİ-ni təmsil edirəm. Biz dövlətimizə, cənab prezidentə buna görə çox təşəkkür edirik, çox razıyıq.

"Hacı Cavad" dini icmasının rəhbəri: “Köhnə ünvanda məscid üçün lazımi şərait yox idi”

1 İyul 2017 17:30

Abdulla Şaiq küçəsində yerləşən "Hacı Cavad" məscidi köhnə tikili olub. 1907-ci ildə tikilən bina əvvəllər mənzil olsa da, sonradan ibadət üçün məscidə uyğunlaşdırılıb. Lakin burada məscid üçün lazımi şərait yox idi. Bunu  "Hacı Cavad" dini icmasının sədri Kənan Əzizov deyib.   K.Əzizov bildirib ki, Bakı şəhərinin baş planına uyğun olaraq yeni yol-nəqliyyat infrastrukturunun yaradılması məqsədilə məscid köçürmə ərazisinə düşüb, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən məscidə baxış keçirilib, binanın istismar üçün yararsız olduğu müəyyən edilib.  

Azərbaycan prezidenti Aleksandr Lukaşenkonu təbrik etdi

1 İyul 2017 17:05

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib. Təbrikdə deyilir: "Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Müasir Belarus nəzərdə tutulan məqsədləri və prioritet vəzifələri uğurla həyata keçirərək dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi, davamlı sosial-iqtisadi inkişaf sahələrində sanballı uğurlara nail olub.