Tarixi abidələrimiz “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb
İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələr - Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi bu il də “Tripadvisor”un “Certificate of Excellence 2017” (“Mükəmməllik Sertifikatı 2017”) mükafatına layiq görülüb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, dünyanın ən nüfuzlu və on milyonlarla istifadəçi auditoriyası olan turistik internet portalı “Tripadvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır. 2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən olan milyonlarla “Tripadvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı “TripAdvisor”un təqdim etdiyi ali mükafatdır.
1 İyul 2017 21:44 Mədəniyyətİçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələr - Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi bu il də "Tripadvisor"un "Certificate of Excellence 2017" ("Mükəmməllik Sertifikatı 2017") mükafatına layiq görülüb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, dünyanın ən nüfuzlu və on milyonlarla istifadəçi auditoriyası olan turistik internet portalı "Tripadvisor" şəbəkəsinin istifadəçiləri tərəfindən artıq üçüncü ildir ki, Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır.
2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən olan milyonlarla "Tripadvisor" istifadəçisinin rəy və münasibətləri əsasında verilən "Certificate of Excellence" mükafatı "TripAdvisor"un təqdim etdiyi ali mükafatdır. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında "Tripadvisor" ildə bir dəfə "yaxşıların yaxşısını" seçir və dünyaya təqdim edir.