Gündəm

“Muğam axşamları” layihəsində “Şüştər” və “Hümayun” muğamı səsləndi

1 İyul 2017 17:01

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya topladı. Beləki 30 İyun Beynəlxaql Muğam Mərkəzində “Muğam axşamları”layihəsi çərçivəsində “Şüştər” və “Hümayun” muğamları səslənib. Mərkəzdən "Olaylar" - a bildirlib ki, mayın 16 da start verilən “Muğam axşamları” layihəsi “Şüştər” və “ Hümayun” muğamları ilə sona yetdi. Muğamın şöbə və güşələrini xanəndələr Əməkdar artist Sevinc Sarıyeva,   Əməkdar müəllim Qəzənfər Abbasov, Muğam Müsabiqəsinin laureatı Məhəbbət Səfərov ifa etdi. Onları Xalq Çalğı alətələri ansamblı  ( tarda- Rəşad İbrahimov, kamançada-Təbriz Yusubov, udda-Xəyyam Həsənli, qanunda – Aysu Sadıqova, balabanda – Elnur Hüseynov, nağarada- Elnur Əliyev) müşayət etdilər. “Şüştər “ və “ Hümayun” yeddi əsas Azərbaycan muğamlarındandır. “Şüstər” lad etibarilə “Şur” muğamına daha yaxındır.

Bağdadi öldürülüb? - İŞİD-dən REAKSİYA

1 İyul 2017 16:54

İŞİD-in səlahiyyətli şəxsləri arasında yer alan Əbu Kuteybənin dünənki cümə xütbəsində təşkilatın lideri Bağdadidən bəhs edərək ağladığı açıqlanıb. Ölgədəki yerli bir xəbər qaynaqları Əbu Kuteybənin bu davranışını “Bağdadinin arxasınca tökülən göz yaşı” adlandırıblar.

Prezident Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb

1 İyul 2017 16:40

Azərbaycan Prezidenti İlham Əliyev Hacı Cavad məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin münasibəti barədə açıqlama verib. Əli Həsənov deyib ki, hələ aprel ayında Prezident İlham Əliyev Sovetski adlanan ərazidə Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdir ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunmuşdur.

Hacı Cavad məscidinin tikintisi davam edir

1 İyul 2017 16:34

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakının Yasamal rayonunda yeni ünvanda Hacı Cavad məscidinin tikintisi davam etdirilir. Dövlət başçısının Yasamal rayonundakı Hacı Cavad məscidinin münasib yerə köçürülərək yenidən inşası barədə qərarı dindarlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığımızın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinə Abbas Mirzə Şərifzadə, 1 ünvanında başlanıb.

Azərbaycanlılar bayram etdilər

1 İyul 2017 16:32

Suriyada Bəşər Əsədə qarşı olan müxalif qrupların arasında döyüşən azərbaycanlılar iftar süfrəsi verib. Sosial şəbəkələrdə yayılan fotolarda “Azərbaycanlı Müsəlmanlardan Suriya Xalqına Yardım” kampaniyasının keçirildiyi görünür. Yardım kampaniyası müxaliflərin əlində olan İdlib şəhərində keçirilib.

Aviareyslər təxirə salındı

1 İyul 2017 16:30

Rusiyanın paytaxtında güclü külək və intensiz leysan yağışları hava limanlarında reyslərin qrafikində dəyişikliklərə səbəb olub. Kəskin hava şəraitinə görə paytaxtın hava limanlarında 300-dən çox aviareys təxirə salınıb. Rusiyanın Domodedovo aeroportunda 53, Şeremetyevoda 284, Vnukovoda isə 11 aviareys təxirə salınıb.

Məişət zorakılığına daha çox qadınlar məruz qalır- HDİM sorğu keçirib

1 İyul 2017 15:30

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində Bakı şəhərində 200 respondentin iştirakı ilə soğru keçirilib.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında yeni layihə

1 İyul 2017 12:05

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının böyük zalında  “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihənin təqdimatı keçirilib. Filarmoniyadan “Olaylar” - a bildirlib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ceyhun Musaoğlunun rəhbərlik etdiyi Jurnalist Ekspert Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək. Olduqca təsirli və qürürverici mövzuya toxunan layihə rəhbərləri bu işi uşaqlara tapşırmaqlarında əsas məqsəd qəhrəmanlarımızı daha yaxşı tanımaları, onların igidliklərindən, şücaiətindən xəbərdar olmalarıdır.

“Muzeylərdə inklüziv proqramlar – inklüziv muzey” mövzusunda regional seminar

1 İyul 2017 11:48

Tiflisdə “Muzeylərdə inklüziv proqramlar – inklüziv muzey” mövzusunda regional seminar Zaqafqaziya respublkaların İCOM Milli Komitələrin xətti ilə təşkil olunub. Seminar Gürcüstan Milli Muzeyinin və Tiflis Dövlət İncəsənət Akademiyasının birgə əməkdaşlığı ilə keçirilib. Seminarın rəhbəri – ICOM-un Təhsil və Mədəniyyət Fəaliyyətinin (CECA) eksperti, Ecole du Louvre-nin professoru Marie-Clarte O’Neill. Xalşa muzeyindən "Olaylar" - a bildirilib ki, Azərbaycan Xalça Muzeyindən Firəhnaz Musayeva, Heydər Əliyev Mərkəzindən Ülkər Hümmətova, Milli Azərbaycan Tarixi Muzeyindən Emin Dadaşov seminara qatılıblar.

“Səs Eksperimentləri” adlı konsert

1 İyul 2017 10:50

İyun ayının 30-da “Yarat” Muasir İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert keçirilib. Adından da göründüyü kimi, ilk dəfə keçirilən və eksperiment xarakteri daşıyan bu konsert kalssik aşıq havalarının caz və rokla sintezinə həsr olunub. Bu barədə "Olaylar" - a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbir “ArazOzara” qrupu ilə gənc aşıq Elvin Mehmanlının böyük zəhməti əsasında ərsəyə gəlib. Konsertin əvvəlində çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezinin də maraqlı və həm də vacib olmasından danışıb.

Pilotsuz uçan aparatlar üçün “GPS”-dən istifadə etməyən sistem yaradılıb

30 İyun 2017 20:04

"GPS" sistemləri koordinatların əldə edilməsi üçün ən geniş yayılmış və dəqiq mənbələrdən biridir. Onlardan hər yerdə, o cümlədən pilotsuz uçan aparatlarda istifadə edilir. Lakin indiyədək peyk naviqasiya sistemlərinin meşə, tunel, mağara və s. kimi işləmədiyi yerlər mövcuddur. Məhz buna görə "NVIDIA" şirkətinin tədqiqatçıları robotların naviqasiyası üçün "GPS"-dən asılı olmayan sistem variantı hazırlamaq qərarına gəliblər.

“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib

30 İyun 2017 19:55

“Viber” messencerinin tərtibatçıları istifadəçilərə yazışma zamanı kənar xidmətlərə sürətli giriş imkanı verən çatlar üçün genişlənmələrin tam yeniləməsini elan ediblər. Bu funksiya ilk dəfə hələ 2016-cı ilin dekabrında istifadəyə verilib. “Viber” messencerinin 800 milyondan çox istifadəçisi çatlar üçün genişlənmələrin köməyi ilə çatın pəncərəsini tərk etmədən başqa şirkətlərin məzmun və xidmətlərini axtara və paylaşa bilərlər. Tərtibatçılar son yeniləmədə “Viber” messencerinə inteqrasiya edilmiş böyük servislərin sayını artırıblar.

“Ağıllı” üzük kredit kartlarını əvəz edəcək

30 İyun 2017 19:50

Qurğu istehsalçılarının indiyədək geniş funksionallığa malik müxtəlif “ağıllı” üzüklər təqdim etmələrinə baxmayaraq bu mobil qurğular vasitəsilə alış-veriş üçün ödənişlər etmək və ya avtomobili işə salmaq qeyri-mümkün olub. Bu dəfə isə “Tokenize Inc.” şirkəti bunu özündə “NFC” və “Bluetooth” funksiyalarını birləşdirməklə kredit kartlarını, qıfıl açarlarını və ya digər qurğuların parollarını əvəz etməyə imkan verən yeni “ağıllı” “Token” üzüyü vasitəsilə dəyişməyə hazırlaşır.