Məişət zorakılığına daha çox qadınlar məruz qalır- HDİM sorğu keçirib
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində Bakı şəhərində 200 respondentin iştirakı ilə soğru keçirilib.
1 İyul 2017 15:30 SosialHüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailədaxili zorakılığın aradan qaldırılması naminə maarifləndirmə işinin aparılması" layihəsi çərçivəsində Bakı şəhərində 200 respondentin iştirakı ilə soğru keçirilib.
Sorğunun başlıca məqsədi məişət zorakılığı və erkən nikahların azaldılması üçün tədbirləri və təklifləri müəyyənləşdirmək olub. Respondentilərin 27,7 faizi son illər Azərbaycanda artmış məişət zorakılığı hallarının səbəbini ailədaxili psixoloji problemlərin yaranması ilə izah edib. Yalnız 6,5 faiz ailə institutunun zəifləməsini buna səbəb göstərib. Respondentlərin 5,5 faizi bunu məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı preventiv tədbilər sistemininin zəif olması ilə əlaqlələndirib.
"Azərbaycanda məişət zorakılığına daha çox kimlər məruz qalır" sualına respondentlərin 50 faizi "qadınlar", 20 faizi "uşaqlar", 27,5 faizi "Gənc qızlar", 2,5 faizi "Yaşlılar" cavabını qeyd edib. Respondentlərin 33,5 faizini məişət zorakılığına qarşı aparılan tədbirlər qane edir. 17, 5 faiz respondent bu suala "qane etmir" cavabını verib. Rəyi soruşulanların 37, 5 faizi hesab edir ki, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi üçün əlavə hansi tədbirlərə ehtiyac var. Bunun üçün bələdiyyələr, dövlət orqanları və QHT-lərlə birgə işləməlidir. Respondentlərin 40 faizi hesab edir ki, vətəndaşlar "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun barədə məlumatlıdır. 12,5 % hesab edir ki, vətəndaşlar qanun barədə az məlumatlıdır.