Azərbaycan Dövlət Uşaq Filarmoniyasında yeni layihə

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının böyük zalında  “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” adlı layihənin təqdimatı keçirilib. Filarmoniyadan “Olaylar” - a bildirlib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ceyhun Musaoğlunun rəhbərlik etdiyi Jurnalist Ekspert Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək. Olduqca təsirli və qürürverici mövzuya toxunan layihə rəhbərləri bu işi uşaqlara tapşırmaqlarında əsas məqsəd qəhrəmanlarımızı daha yaxşı tanımaları, onların igidliklərindən, şücaiətindən xəbərdar olmalarıdır.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının böyük zalında  "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" adlı layihənin təqdimatı keçirilib. Filarmoniyadan "Olaylar" - a bildirlib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ceyhun Musaoğlunun rəhbərlik etdiyi Jurnalist Ekspert Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək. Olduqca təsirli və qürürverici mövzuya toxunan layihə rəhbərləri bu işi uşaqlara tapşırmaqlarında əsas məqsəd qəhrəmanlarımızı daha yaxşı tanımaları, onların igidliklərindən, şücaiətindən xəbərdar olmalarıdır.

Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu balaca rəssamlarımıza layihə barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, dörd ay davam edəcək layihə çərçivəsində 50 rəsm əsəri çəkiləcək, bu rəsmlər arasından seçilənlərə Jurnalist Ekspert Mərkəzinin diplomları təqdim olunacaq və rəssamlar haqqında mətbuatda yazılar dərc olunacaq. Onu da xüsusi vurğuladı ki, bu proyekt uşaqların gələcəyi üçün də önəmli rol oynayacaq. Ceyhun Musaoğlu layihəyə dəstək verdikləri üçün Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi və xüsusilə Əməkdar İncəsənət Xadimi Dilarə Əliyevaya dərin minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəhbəri Dilarə Əliyeva ilk olaraq rəsm dərnəyinin müəllimləri və uşaqların valideyinlərinə öz minnətdarlığını bildirdi.  Dilarə xanım  qeyd etdi ki, belə bir layihənin bir parçası olmaq olduqca qürürverici bir hisdir.

Sonda isə aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunan və ən parlaq nümunə olan Aida Eyvazlının "Qalibiyyət şahidlər və şəhidlər" adlı kitabının təqdimatı oldu. Bu kitab qəhrəmanlarımızı daha yaxından tanımaları, onların obrazlarını daha düzgün canlandırılması üçün uşaqlara təqdim olundu. Uşaqlar da öz növbəsində belə bir layihədə iştirak etdiklərinə görə olduqca qürürlu idi.

Rəsm dərnəyinin rəhbəri Gilan xanım Əzizxanlı isə bu işin məsuliyyətindən, həyəcanından lakin eyni zamanda qürurundan söz açdı. Aprel döyüşlərində şəhid olmuş gənc heykəltaraş Samir Kaçayevin əziz xatirəsini yad edərək onu da xüsusi qeyd etdi ki, bu uşaqlar arasında gələcəkdə onun yolunu davam etdirəcək istedadlarımız da var.

Layihənin oktyabr ayı üçün baş tutması nəzərdə tutulur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31