“Səs Eksperimentləri” adlı konsert
İyun ayının 30-da “Yarat” Muasir İncəsənət Mərkəzində “Səs eksperimentləri” adlı konsert keçirilib. Adından da göründüyü kimi, ilk dəfə keçirilən və eksperiment xarakteri daşıyan bu konsert kalssik aşıq havalarının caz və rokla sintezinə həsr olunub. Bu barədə "Olaylar" - a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbir “ArazOzara” qrupu ilə gənc aşıq Elvin Mehmanlının böyük zəhməti əsasında ərsəyə gəlib. Konsertin əvvəlində çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezinin də maraqlı və həm də vacib olmasından danışıb.
1 İyul 2017 10:50 İncəsənətİyun ayının 30-da "Yarat" Muasir İncəsənət Mərkəzində "Səs eksperimentləri" adlı konsert keçirilib. İlk dəfə keçirilən və eksperiment xarakteri daşıyan bu konsert kalssik aşıq havalarının caz və rokla sintezinə həsr olunub. Bu barədə "Olaylar" - a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbir "ArazOzara" qrupu ilə gənc aşıq Elvin Mehmanlının böyük zəhməti əsasında ərsəyə gəlib. Konsertin əvvəlində çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı aşıq musiqisinin Azərbaycan mədəniyyətində tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği istiqamətində son zamanlar həyata keçirilən məqsədyönlü tədbirlərdən, aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və digər musiqi janrları ilə sintezinin də maraqlı və həm də vacib olmasından danışıb.
Araz Ozara və Elvin Mehmanlı ilə yanaşı, gənc sənətçilərdən aşıq Əli Tapdıqoğlu, Kamil Cəfərov, Gülbəniz Məmmədova, Elçin Əziyev və Ramin Sadıqovun da iştirak etdiyi konsertdə "Dədə Qorqud" kompozisiyası, "Qarabağ şikəstəsi", eləcə də "Şirvan müxəmməsi", "Quba Kərəmi", "Şəqayı gəraylı", "Koroğlu cəngisi" və digər aşıq havaları caz və rokla sintezdə tamaşaçılara təqdim olunub. "Yarat" Muasir İncəsənət Mərkəzində uğurla gerçəkləşdirilən bu konsert tamaşaçı auditoriyasının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Konsertin təşkilatçıları bu gün ilk eksperiment kimi təqdim etdikləri bu işi gələcəkdə də davam etdirəcəklərini bildiriblər.