3 uşaq nənələri tərəfindən atıldı

 İyulin 1- də 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif akiflinin “Olaylar” – a verdiyi məlumata əsasən uşaqlar bu gündən qida, tibbi müayinə, yaşayış yeri və geyimlə təmin ediliblər. “Həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.”

İyulin 1- də 3 uşaq nənələri tərəfindən yol kənarında baxımsız və kimsəsiz şəkildə atılıb. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşaları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmən aktlaşdırılıb.

Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif akiflinin "Olaylar" - a verdiyi məlumata əsasən uşaqlar bu gündən qida, tibbi müayinə, yaşayış yeri və geyimlə təmin ediliblər. "Həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək."

Vasif bəy hadisədən dərhal sonra Ağsu rayon Polis İdarəsi ilə əlaqə saxladığını və uşaqların sığınacaqda olduğu haqqda məlumat verdiyini, uşaqların atalarının axtarılması, tapılması ilə bağlı mütaciət etdiyini bildirdi. "Bazar ertəsi günü Ağsu rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə komisiyasına müraciət ediləcək. Ehtimal edirik ki, atanın bu durumdan xəbəri yoxdu. Çünki bir çox ayrılan ailələrdə bu duruma tez - tez rast gəlirik. Atanın uşaqlara sahib çıxacağını ümid edirk" , -deyə, Vasif bəy bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31