Miqrantlar arasında kütləvi dava: 20 yaralı

Fransanın şimalındakı Kale şəhərində miqrantlar arasında kütləvi dava olub.

"Agence France-Presse" agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumatda bildirilir ki, Efiopiyadan və Eritreyadan olan miqrantlar yerli vaxtla saat 13:15-də dəyənəklə və daşla silahlanaraq şəhərin sənaye zonasında bir-birlərinə hücum ediblər.

Kale merinin müavini Filip Minonun sözlərinə görə, dava zamanı 20 nəfər xəsarət alıb. Hadisə ilə bağlı 3 miqrant saxlanılıb.

Qeyd edək ki, analoji hadisə cümə günü axşam da baş verib. Polis hadisə ilə bağlı gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Dava zamanı 9 nəfər xəsarət alıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31