PKK-nın 23 üzvü zərərsizləşdirildi
Türkiyədə keçirilən antiterror əməliyyatları çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətində iyunun 12-dən bu günə kimi PKK-nın 23 terrorçusu zərərsizləşdirilib. Bununla bağlı vilayət rəhbərliyi məlumat yayıb. Xəbərdə qeyd olunur ki, "F-16" təyyarələri ilə Herekol dağları ərazisinə endirilmiş zərbə nəticəsində 9 terrorçu məhv edilib. Onların mövqeləri kəşfiyyatçı Pilotsuz Uçuş Aparatı ilə müəyyən edilib.
2 İyul 2017 10:43 DünyaTürkiyədə keçirilən antiterror əməliyyatları çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətində iyunun 12-dən bu günə kimi PKK-nın 23 terrorçusu zərərsizləşdirilib. Bununla bağlı vilayət rəhbərliyi məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, "F-16" təyyarələri ilə Herekol dağları ərazisinə endirilmiş zərbə nəticəsində 9 terrorçu məhv edilib. Onların mövqeləri kəşfiyyatçı Pilotsuz Uçuş Aparatı ilə müəyyən edilib.
Son 18 gündə PKK-nın daha 9 terrorçusu silahı təhvil verərək təslim olub. Onlardan 4-ü qadındır.
Antiterror əməliyyatları Siirt vilayətinin Pərvari rayonunda davam etdirilir.