Qızmar hava davam edəcək

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək. ETSN-dən verilən məlumatına görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz  34-39° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək. 

İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək. ETSN-dən verilən məlumatına görə, havanın temperaturunun gecə 22-27° isti, gündüz  34-39° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz  28-33° isti olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31