Nigar Diananı yıxıb-sürüdü: "Gedib klublarda oxusun"

“Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun”. Bu sözləri “Eurovision 2011” müsabiqəsinin qalibi Nigar Camal “ATV maqazin onlarla” verilişində deyib. 

"Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun". Bu sözləri "Eurovision 2011" müsabiqəsinin qalibi Nigar Camal "ATV maqazin onlarla" verilişində deyib. 

Müğənni müsabiqədə ölkəmizi bu il təmsil edən Diana Hacıyevanı tənqid edib. O bildirib ki, həmkarının çıxışını heç bəyənməyib:

"Onu "Eurovision"da da bəyənmədim. Mahnısı gözəl idi, ifasını xoşlamadım. Sözlərini, səhnədə davranışlarını anlamadım. Deyirdim, səhnədə bir az seksual qadın olacaq, amma soyuqqanlı idi. Diana səhnə üçün maraqlı idi, mənfi tərəfi o oldu ki, jurnalistlərə soyuq davrandı. 

İstərdim ki, heç olmasa onluğa düşərdik. Bizimkilər xoşlayır desin ki, bu müsabiqədə siyasət rol oynayır. Yaxşı, birinci, ikinci yer siyasətdən asılıdır. Bəs onluğa düşmək? O da siyasət deyil axı. İki həftə müsabiqə keçirilən yerdə qalırlar, jurnalistlərlə mehriban olsunlar".

Nigar Diana ilə sonuncu dəfə 2010-cu ildə "Eurovision"ın milli seçim turunda rastlaşdığını söyləyib. 

İfaçı müsabiqədən qayıdan həmkarlarının sənətdən uzaqlaşmasından söz açıb:

"Eurovision"dan sonra işləmk, prodüser tapmaq çətindir. Bizdə yaxşı prodüser yoxdur. Mahnılar, kliplər bahadır. "Eurovision" məktəbi o qədər yüksək səviyyədədir ki... Orada bizə ulduz kimi davranırlar. Ondan sonra bizim şou-biznesə qayıtmaq çətindir". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31